Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (21-11-2014, 15:22)
Biznesmenin milyonlarla dollarlıq 12 maşını yandırıldı

Moskvadakı dayanacaqların birində 12 super bahalı avtomobil yandırılıb

 

Mediatv.az  saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə Orujeynıy döngəsi, 15A ünvanında yerləşən, sahəsi 70 kvadratmetr olan parkinqdə baş verib.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, yanğın nəticəsində azı 12 avtomobil yanaraq tamamilə sıradan çıxıb. Yanğın səhər saat 6 radələrində başlayıb, yarım saatdan sonra yanğını söndürmək mümkün olub. Polis avtomobillərin saxlanıldığı həyətə jurnalistləri buraxmır.
Dayanacaqda 6 “Rolls-Royce”, 2 “Bentley” və 2 “Mersedec S Class” olduğu bildirilir. Qalan avtomobillərin markası göstərilməyib. Belə ki, bir neçə maşının ancaq kuzovu qalıb və onların hansı markadan olduğunu müəyyənləşdirmək mümkün deyil.
Avtomobillər darısqal həyətdə, çardağın altında bir-birinə sıx şəkildə park olunubmuş. Yanğın nəticəsində çardaq maşınların üstünə çöküb. Rusiya Fövqəladə Hallar Nazirliyi hələlik səkkiz avtomobilin yandığını təsdiqləyir.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirildiyinə görə, yanan avtomobillərin hamısı eyni adama məxsusdur və Moskvadakı tikinti şirkətlərindən birinin adına qeydiyyatda olub. Şirkətin adı açıqlanmır, yanğının qəsdən törədildiyi əsas versiyadır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024