Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (7-11-2014, 17:23)
Gəncədə qadının əl-ayağını bağlayıb evi ilə birlikdə yandırdılar

Gəncə şəhərində yaşayan Pərvanə İsmayılovaya məxsus evdə yanğın baş verib

 

MEdiatv.AZ Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib. Hadisə nəticəsində 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.
Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə virtualaz.org-a bildirib ki, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Pərvanə İsmayılovanın yaşadığı mənzildə əllləri və ayaqları bağlı vəziyyətdə yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi və Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İş üzrə zəruri ekspertizalar təyin edilib. Cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024