Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (19-02-2021, 14:40)
Qadağan olunsa da, ermənilər türk mallarını gizlincə idxal edirlər


Qadağan olunsa da, ermənilər türk mallarını gizlincə idxal edirlər


Ermənistanda bəzi idxalçılar 1 yanvardan bəri qüvvədə olan qadağaya məhəl qoymayaraq hələ də türk mallarını ölkəyə gətirməyə cəhd göstərirlər.

“Mediatv.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin Gömrük Nəzarəti İdarəsinin rəisi Artem Karapetyan mətbuat konfransında məlumat verib.

“Bu cür cəhdlər baş verib, ancaq onları dayandırdıq və idxalını qadağan etdik. Malları ölkəyə hansı yollarla gətirmək istədiklərini və hansı riskləri gözləməli olduğumuzu bilirik”,- deyə Karapetyan qeyd edib.


Karapetyan həmçinin, türk mallarının hələ də Ermənistanda satıldığını açıqlayıb. Belə ki, 2020-ci ilin sonuna qədər bir çox mağaza və satış nöqtəsi türk geyimləri, məişət kimyəvi maddələri və digər mallar idxal edib. O, sahibkarların əllərindəki bu malları sata biləcəklərini, ancaq artıq yeni mallar idxal edə bilməyəcəklərini deyib.

Xatırladaq ki, son illərdə Ermənistan Türkiyədən ildə 250-270 milyon dollar dəyərində mal idxal edib. 2020-ci ilin oktyabrında Türkiyə Dağlıq Qarabağdakı döyüşlərdə Azərbaycana göstərdiyi siyasi dəstək səbəbindən Ermənistan hökuməti 2021-ci ilin yanvarından 6 ay müddətinə türk mallarına embarqo qoyub. Bu yaxınlarda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bu qadağanın uzadılmasının tərəfdarı olduğunu bildirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024