Siyasət (7-01-2021, 17:16)
“Türkiyə ticarətinin zərər görməsinə razı olmamalıyıq” - Ekspert rus mallarını Türkiyə məhsulları ilə əvəzləməyi təklif edir
"Ermənistan 2250 adda türk malını iran malları ilə əvəz etmək qərarı verib. Ermənistan türk mallarını İran mallarına dəyişmək qərarı veribsə, biz də, bizə yaraşan comərdliyi göstərib eyni həcmdə rus malını türk malları ilə əvəz etmək qərarı verməliyik. Çünki Ermənistanı belə bir addım atmağa vadar edən əsas səbəb Türkiyənin Qarabağ savaşında tərəddüd etmədən Azərbaycana verdiyi möhtəşəm dəstəkdir".
"Mediatv.az" xəbər verir ki, bu fikirləri iqtisadçı Nemət Əliyev bildirib. Ekspert əvvəlcə Ermənistanın bu addımının Türkiyə ticarətinə nə qədər təsir edə biləcəyini açıqlayıb: "Ermənistanla Türkiyə arasında 2019-cu ildə 270 milyon dollar həcmində alqı-satqı həyata keçirilib. Ümumi alqı-satqının 99%-i türk mənşəli mallardan, 1%-i erməni mənşəli mallardan ibarət olub. Başqa sözlə desək, bu ticarətdə Türkiyə 268 milyon dollar, Ermənistan isə 2 milyon dollar həcmində mal satışı həyata keçirib. Deməli, Ermənistanın türk mallarından imtina etməsi türk mallarının satış bazarına ən yaxşı halda 268 milyon dollar həcmində azaldıcı təsir edə bilər. 268 milyon dollarlıq ticarət Ermənistanın gözündə əlçatmaz zirvə kimi görünə bilər.
Lakin bu məbləğ illik ixrac dövriyyəsi 172 milyard dollar olan Türkiyənin satış bazarlarına dənizdə damla qədər təsir edə bilər. Dünya bazarlarında 268 milyon dollarlıq mal satışını Türkiyə 13 saat 40 dəqiqə ərzində reallaşdıra bilir. Deməli, Ermənistan ən yaxşı halda Türkiyənin 13 saat 40 dəqiqəlik ticarət zamanını ala bilər. Bununla belə biz, biz olsaq, Türkiyənin vaxt itkisi yaşamasına da imkan vermərik. Ermənistan üzündən Türkiyə ticarətinin, zərrə qədər olsa da belə, zərər görməsinə könlümüz razı olmamalıdır".Ekspert Azərbaycanın buna cavab addımı kimi Rusiya ilə ticarət dövriyyəsini Türkiyənin xeyrinə ixtisar etməyi təıklif edir: "Əvvala, düşmən Ermənistana həm siyasi, həm mənəvi, həm hərbi, həm də iqtisadi dəstək verməklə Rusiya belə bir addım atmağımız üçün gərəkən zəmini hazırlayıb. İkinci tərəfdən isə Azərbaycan-Rusiya ticarətində dərin disbalans mövcuddur və bu disbalansın aradan qaldırılması üçün müəyyən addımların atılmasına ehtiyac var. Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatların təhlili göstərir ki, 2015-2019-cu illərdə Rusiyaya 3 milyard dollarlıq mal ixrac etmişiksə, bu ölkədən 9 milyard dollarlıq mal idxalı həyata keçirmişik. Yəni, bu illərdə Rusiya ilə ticarətdən 6 milyard dollar məbləğində valyuta itkisi vermişik. Hər ilə 1,2 milyard itki düşür. Çox böyük itkidir! Yalnız son 5 ildə deyil, elə əvvəlki illərdə də Rusiya ilə ticarətdən külli valyuta itkiləri ilə üzləşmişik. Açıq şəkildə görünür ki, Rusiya ilə ticarət disbalansını tarazlaşdırmaq zərurəti var. Tarazlaşdırma istiqamətində ya ixracı artırmalı, ya da idxalı azaltmalıyıq. Yaxın perspektivdə qeyri-neft mallarının ixracını artırmaqla bu məsələnin müsbət həllinə ümid etmək dəryada balıq tutmaq sevdasına düşmək kimi bir şeydir. Odur ki, çarə idxalı azaltamağa qalır".
N. Əliyev hesab edir ki, rus mallarının 268 milyon dollarlıq hissəsini türk malları ilə əvəz etməklə həm qardaş Türkiyəyə dəstəyimizi ifadə edə, həm də Azərbaycan-Rusiya ticarət balansındakı açığı az da olsa, azalda bilərik. O, bu yöndəki fəaliyyətin gələcəkdə də davam etdirilməsi məqsədəuyğun sayır.
"Fikrimcə, Ermənistana hər cür dəstək verdiyinə görə Rusiya mallarının bir hissəsini Türkiyə malları ilə əvəzetmə qərarı verməkdə çətinlik çəkməməliyik. Azərbaycan hökuməti bu məsələdə tərəddüd etməməli, bu yöndə gərəkən prosedurların başlanması üçün qətiyyətli addımlar atmalıdır"-deyə iqtisadçı vurğulayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
6 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024