Mediatv.az  apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında İsmayıllı şəhər sakini 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Talıstan kənd sakini olan həmyaşıdı Musayev Fərid Mehdi oğlunu bıçaqlayıb.

Ürək nahiyəsindən xəsarət alan Fərid Musayev hadisə yerində dünyasını dəyişib. Qətli törədən Səxavət Məsimli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.