Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (6-10-2014, 12:45)
7 nəfəri öldürən qatilin tarixçəsi- Goranboydan videoreportaj

 

“Mediatv.az” anspress-ə istinadən bir neçə gün əvvəl Goranboyda baş vermiş, 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl barədə çəkilmiş sujeti təqdim edir: 

 

“5 minə yaxın əhalisi olan Səfikürd kəndi dünənə qədər adidən adi, sadədən sadə həyatını yaşayırdı. Bu gün bütün ölkənin nəzər-diqqəti bu kəndə yönəlib. Burda iki ailədən 9 nəfər qanına qəltan olub, onlardan yalnız ikisi möcüzə nəticəsində sağ qalıb, qalanları torpağın altındadır.

Buna oxşar hadisəni ötən il Cəlilabadda çəkmişdim. Manyakın biri gənc ananı iki körpəsi ilə birlikdə qətlə yetirmiş və üç qəbir yan-yana düzülmüşdü. Bu gün Səfikürd qəbristanlığında da 7 məzar yan-yanadır. Ağlamamağa isə nə ana var, nə də ki, bacı.

Məmmədovlar ailəsinin ağsaqqalları Allahyar və Haqverdi qardaşları illər əvvəl ölümün ən gözəlini özləri üçün seçib. Balalarına və həyat yoldaşlarına isə çətin həyat və ondan da çətin tale qoyub gediblər. Bu şəklə diqqətlə baxın. Öldürülən 7 günahsızı sanki sehrli bir əl bir ay əvvəl bir araya yığıb şəklini çəkib. Bir gün yas çadırından asılacaqlarının anonsu kimi. Şəkildəkilər kimlərdir. Ortadakı qadın qəbri yanında ailəsinə yer saxlayan Allahyar Məmmədovun həyat yoldaşı, arxadakı bir oğlan iki qız isə onların övladlarıdır. Ağır yaralı daha bir oğlu isə bu gün Gəncə xəstəxanasında müalicə olunur. Qucağında körpə İsanı saxlayan Haqverdi Məmmədovun arvadı, sağdakı xanım isə bacısıdır. O, gecə bu üç ailəni bir araya toplayan evin qızı Südabənin ər evindən qaçıb ata evinə gəlməsi olub. Cəmi beş həftənin gəlini olan Südabə əri Rafiq Hüseynovun işgəncələrindən boğaza yığılıb. Kimdir Rafiq Hüseynov.

Rafiq Hüseynov əlini iki ailənin qanına batırana qədər kənddə pinəçi kimi tanınıb. Yəni peşəsi cırılan, dağlılan ayaqqabıları yamamaq olub. Bu gün onun törətdiyi hadisə mahiyyətcə o qədər ağırdır ki, ona heç nə ilə yamaq vurmaq olmaz.

34 yaşlı pinəçinin bu sayca üçüncü evliliyidir. Məsələdə ən maraqlı məqam həm də budur. Bizim əksər analar bu gün qızları evdə qarıyıb qalmasın deyə, hətta küçədə qalmışın birinə də ərə verərlər. Südabəylə də bağlı vəziyyət fərqli olmayıb. Çünki qonşuluqda yaşayan Rafiqi onlar tanımamış deyildilər. Rafiqin birinci arvadı Günayın ondan məhz işgəncələrə görə boşandığı kənddə hər kəsə məlum idi. Günayın anası Cəmilə Musayevanı eşidək:

“Mən qızımı ona verməmişdim, o qızımı götürüb qaçırdıb. Günün birində gedib gördüm ki, qızın halı pisləşib. Qızıma dedim ki, sənə nə olub, dedi ki, mənə işgəncə verir. Gecənin bir yarısı siqarət çəkib ətimə yapışdırır”.

Ondan sonra Rafiq daha bir qızla evlənib. Ümumiyyətlə, Hüseynovlar ailəsini bu kənddə yaxşı cəhətləri ilə tanımırlar. Bir neçə il əvvəl Rafiqin qardaşı Şaiqin intihar etməsinə səbəb doğma qardaşını özünün həyat yoldaşı ilə bir yataqda görməsi olub, deyirlər. İndi kənddə ən çox qınanılan da bu məsələdir. Qohumlar-qonşular deyir ki, o biabırçılığı göz yuman Rafiqin bu gün arvadı Südabəni niyə əmin oğlu ilə görüşüb öpüşdün deyərək ailəlikcə gülləbaran etməyə hansı mənəvi haqqı çatırdımı?

Onların arasında iki uşaq da olub. Biri hazırda Gəncə xəstəxanasında müailcə alan yaralı Günelin oğlu Ceyhundur ki, azyaşlı o uşaq Rafiqdən onu öldürməməsi üçün aman diləyib və sağ qalıb. Hazırda Ceyhunun keçirdiyi şokdan dili tutulub, deyirlər. İkincisi balaca İsadır. Hansı ki, bu gün oktyabrın 5-i 3 yaşını qeyd edəcəkdi. Anasından bu gün üçün çox şeylər istəmişdi.

İsanın anası Lətafət Həsənova deyir ki, onun yaşına bir ay bundan qabaq hazırlaşırmışlar.

Məni bu məsələdə ən çox təəssüfləndirən isə körpə İsanın qanlı ayaq izləridir. Hansı ki, yuyublar da təmizlənməyib. İndi onun ruhu çoxdan göylərdədir. Amma o bu gün yerdə olmalıydı. Ad günü süfrəsinin ətrafında…

Bu qanlı ayaq izləri həm də bizi bir çox suallarla üz-üzə qoyur. Rafiqdə, bu sadə pinəçidə qumbara, tüfəng hardandı? Deyilənlərə görə, 5 həftə əvvəl toyunda da o bu tüfəngdən göyə atəş açmışdı. Zənnimcə, bu atəş səsləri hüquq-mühafizə orqanlarını ayıltmalıydı. O zaman Məmmədovlar ailəsi də yer üzündən silinməzdi.

Balaca İsanın 3 ilini də üstünə gəlsək Rafiq 270 ili məhv edib. 7 ömrü. Özünün bir ömrü var. Onun da 35 ilin yaşayıb. Tutaq ki, lap elə ömürlük həbs cəzası aldı... Bundan sonra qoy yaşasın 40 il, lap 60 - 70 il... . Bəs, 270 ilin 190 ilinin cəzasını necə çəkəcək... Bəlkə Azərbaycanda da xüsusi canilər üçün onların qəbirlərinə iş kəsinlər... 200 il, 300 il, 500 il, hətta 1500 il versinlər...”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024