Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (2-05-2020, 14:06)
Xəzərdə silahlı insident: Bir azərbaycanlı balıqçı öldü

 Xəzər dənizinin Azərbaycanla Qazaxıstan sərhədində insident zamanı odlu silahdan istifadə edilib.
Mediatv.az xəbər verir ki, hadisə nəticəsində bir vətəndaşımız dünyasını dəyişib, ikisi yaralanıb, digəri isə həbs olunub.
Mərhumun qardaşı Malik İbrahimov bildirib ki, sonuncu dəfə 51 yaşlı qardaşı Qəhrəman İbrahimovu evdə görüb. Hadisə bundan iki gün sonra baş verib. Ehtimala görə, balıqçı qayığının mühərrikində nasazlıq yaranıb, nəticədə dalğalar qayığı Qazaxıstan ərazisinə aparıb.Q.İbrahimovdan başqa qayıqda Neftçala sakinləri - 44 yaşlı Elşən Əhmədov, 50 yaşlı Şakir Novruzov və 41 yaşlı Emin Nuriyev olub.
İlkin məlumata görə, Qazaxıstan qanunlarına əsasən, balıqçılardan biri barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib, digər iki nəfər isə xəsarət aldığından xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025