Hadisə (1-09-2014, 16:23)
Qızına toy edən kişini amansızlıqla öldürdülər
Bakıda qızına toy edən kişi amansızlıqla öldürülüb
"Mediatv.az"-ın Nizami Rayon Polis İdarəsinə istinadən verdiyi xəbərə görə, hadisə Babək prospekti, ev 17-də qeydə alınıb.
1964-cü il təvəllüdlü İsgəndərov Füzuli Haqverdi oğlu yaşadığı evin yaxınlığında amansızlıqla öldürülüb. Bildirilir ki, qatil F.İsgəndərova məxsus qarajın yaxınlığında dayanıb və onu gözləyib. F.İsgəndərov qaraja tərəf yaxınlaşan zaman qatil ona bir neçə bıçaq zərbəsi endirib, sonra isə onun boğazını kəsib.
Daha sonra cinayətkar F.İsgəndərovun evinə girib. Hadisə şahidinin dediyinə görə, qatil 20-25 yaşlı şəxs olub. Lakin həmin şəxsin cinayəti tək törədib-törətməməsi hələlik dəqiqləşməyib.
Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Hələlik hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilməyib. Polisdən həmçinin bildiriblər ki, avqustun 29-da F.İsgəndərov qızına toy edib. İstintaq güman edir ki, cinayətkarlar F.İsgəndərova toydan yaxşı pul qaldığı qənaətində olublar. Faktla bağlı araşdırma davam etdirilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024