Hadisə (23-08-2014, 11:34)
Vəkillə “Azadlıq” qəzeti arasında qalmaqal
Vəkil Elçin Sadıqov “Azadlıq” qəzetində Azadə ləqəbli şəxs tərəfindən onun barəsində yazılan yazıya etirazını bildirib
Vəkil sosial şəbəkə fikirlərini paylaşıb və qeyd edib ki, həmin yazıda nalayiq formada təhqir olunub:
“Bunu hər kəsdən gözləsəm də, Azadlıq Qəzeti"indən heç gözləməzdim. Ən çox mən "Azadlıq" qəzetinin yanında olmuşam qəzetin, jurnalistlərinin hüquqlarını qorumuşam, buna görə dəfələrlə təqib və təyziqə məruz qalmışam. Və bütün bu işləri təmannasız etmişəm. Bu gün də həmin qəzetin hüquqlarını Yüksək Məhkəmədə qoruyuram. Ən azı ümid edirəm ki, "Azadə" adlı ləqəbin mənim barəmdə yazdığı təhqiredici ifadələr "Azadlıq" qəzetinin mövqeyini əks etdirmir. Mənim "Azadlıq" qəzetinə, onun rəhbərliyinə və kollektivinə böyük hörmətim var.
Mən həmin məqalədə barəmdə işlədilən bütün nəlayiq təhqirləri həmin yazını yazan şəxsin şəxsən özünə, nəslinə, nəcabətinə aid edirəm. Cəsarəti varsa çıxsın üzə mən bunu ona sübut edim.
Sol qolum sarğıda olduğundan qarayaxmalara cavabım biraz gecikir və yaxın günlərdə cavab hüququmdan istifadə edəcəm”.
Qeyd edək ki, həmin yazıda qeyd olunurdu ki, Elçin vəkil illərdir hakimiyyətin siyasi təzyiqləri ilə üzləşən jurnalistləri müdafiə edir (pullu müdafiə) və utanmadan prezidenti dəstəklədiyini deyir: “Elçin Sadıqov barədə “Aftafanın dəstəyi” adlı yazı yazmışdım, amma çapa vermədim. Özümdən utandım. Elçin vəkil isə illərdir hakimiyyətin siyasi təzyiqləri ilə üzləşən jurnalistləri müdafiə edir (pullu müdafiə) və utanmadan prezidenti dəstəklədiyini deyir. Deməli, o, illər boyu pul, tanınmaq, şöhrət, sərvət xatirinə “prezidentinə” xəyanət edib. Prezident “düşmənlərini” türməyə saldırır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024