Hadisə (18-07-2014, 11:26)
Xəbərdarlıq: Uşaqlara banan yedizdirməyin...
“Normal böyüyən uşaqlarda iştaha küskünlüyü olmur”
Bunu modern.az-a K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. Onun sözlərinə görə, uşaqlarda durmadan çəki artımı baş verir və valideynlər də elə bilir ki, bu iştah küskünlüyüdür: “Yay fəsli isti keçdiyi üçün bədəndən maye itkisi sürətlənir, onu bərpa etmək lazımdır. Vaxtında bərpa olunmayanda uşaqların çəkisində kəskin artım baş verir. Valideynlərdə elə bilir ki, iştaha küsüb. Yay fəslinin həm də öz qulluğu, pəhrizi, qidalanma rasionu var. Yay mövsümü başlananda uşaq döş əmirsə, onda uşağı qətiyyən döşdən ayırmaq olmaz. Əgər digər qida qəbul edirsə, yay fəsli ərzində həmin qidanı dəyişmək də olmaz”.
N.Quliyev valideynlərə üz tutaraq deyir ki, uşaqların qidalanmasında yerli meyvələrdən bol istifadə etsinlər: “Zərərli meyvə yoxdur. Əsas məsələ ondadır ki, uşaqlara yaşadığı yerə uyğun meyvələr verilsin. Hazırda çox xoşagəlməz bir hal var, o da uşaqlara banan verilməsidir. Banan yeyən uşaqlarda klasiyorkor xəstəliyi yaranır ki, bu da Afrika qitəsinə, isti ölkələrə xas xəstəlikdir. Bu xəstəlik uşaqlarda qarnın böyüməsi, bədəndə ödemlərin əmələ gəlməsi, qan azlığı, rəngin avazıması, inkişafın geri qalması ilə xarakterizə olunur. Bananın tərkibində zülal yoxdur, əsas etibarilə karbohidrat var. Bədəndə zülalsız ödem inkişaf edir”.
Baş pediatr uşaqlara meyvələrin verilməsində valideynlərin səhvə yol verdiyini də vurğulayır: “Uşağa meyvənin şirə, yaxud püre halında verilməsi onun yaşıyla əlaqəlidır. Uşağın qida rasionuna meyvəni daxil etməyə başlayanda şirə halında verilməlidir. Püre şəklində vermək olmaz. Çünki onun tərkibində sellüloza çox olur. Ancaq 8 ayından sonra meyvəni püre şəklində vermək olar. Üç yaşından yuxarı uşaqlarda isə meyvəni böyüklər kimi qəbul edə bilərlər”.
N.Quliyev uşaqların immunitetini gücləndirmək üçün yay fəsli üçün bir çox vasitələrin olduğunu deyir: “Yayda valideynlər çalışmalıdırlar ki, uşaqların orqanizmi möhkəmlənsin. Məsələn, uşaqlar açıq havada gəzdirilməli, dəniz, gün vannası qəbul etməlidirlər. Bu da onların immunitetinin möhkəmlənməsinə təsir göstərən əsas amillərdəndir”.
Valideynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iqlim dəyişikliyinin uşaqların orqanizminə mənfi təsir göstərməsidir: “Uşaqlar iqlimini dəyişəndə, yəni bir yerdən başqa yerə getdəndə ən təhlükəli hal onların mikrobiosenozunun dəyişməsidir. Yəni yaşadığı yerdə bakteriyalara uyğunlaşır, amma iqlim dəyişikliyi olanda ətrafındakı bakteriyalar da dəyişir. Həmin bakteriyalardan biri də ona hər hansı bir xəstəlik yoluxdura bilər. Belə halların qarşısını almaq üçün uşaqların immunitetini gücləndirmək lazımdır. Bunun üçün onların düzgün qidalanmasına diqqət yetirməliyik”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024