Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (14-06-2014, 13:20)
Gözəllik salonunda başı kəsilən qadının anası danışdı

Gözəllik salonunda başı kəsilən qadının anası danışdı

 

"Elçin Qasımov bir neçə dəfə evimə basqın edib. Özü də hər dəfə gələndə əlində tüfəng və bıçaq olub. Sonuncu dəfə polisə məlumat verdim, tutub apardılar. Amma, nədənsə bir müddətdən sonra azadlığa çıxdı". 

 

"Mediatv.az" xəbər verir ki, bu sözləri APA TV-yə iyunun 13-ü Gədəbəydə gözəllik salonunda başı kəsilən Fəxriyyə Aslanovanın anası deyib. Onun sözlərinə görə, Elçin Qasımovla qızı Fəxriyyə Aslanova bir il öncə rəsmi şəkildə boşanıblar. Amma, buna baxmayaraq Elçin Qasımov onun qızını tez-tez narahat edirmiş. Hətta hadisədən bir neçə gün öncə o əlində bıçaqla Aslanovaların yaşadığı evə basqın edib. Bu barədə polisə məlumat verdiyini deyən mərhumun anası, Elçin Qasımovun Gəncə Şəhər Məhkəməsində hakim işləyən qohumuna görə, iki gün sonra sərbəst buraxıldığını iddia edib.

Xatırladaq ki, rayonun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsərək qətlə yetirib. Qətlin motivi hələlik məlum deyil. Hazırda qətli törədən şəxsin axtarışı davam edir. Qeyd edək ki, adı çəkilən şəxslər ötən il boşanıblar, onların bir övladlarının olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024