Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (21-10-2016, 13:16)
Qanunsuz ov edən 69 nəfər cəzalandırıldı

Bu ilin 9 ayında İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinin (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) tələblərini pozaraq qeyri-qanuni ovla məşğul olduqlarına görə şəhər, rayon polis orqanları tərəfindən 69 nəfər barəsində inzibati tədbirlər görülüb.

Mediatv.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat veriblər.

Xəbərdə deyilir ki, oktyabrın birinci yarısında ov qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Saatlı, Xızı, Biləsuvar, İmişli, Ağcabədi rayonları ərazisində keçirilən tədbirlər nəticəsində müvafiq icazə olmadan ov etdiklərinə, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozduqlarına görə 11 nəfər saxlanılıb, onlardan 5-i qeydiyyatsız olmaqla 11 ədəd müxtəlif markalı ov silahı və qeyri-qanuni ovlanmış çöl quşları aşkar edilərək götürülüb.

Ov qaydalarını, eləcə də mülki silahın daşınması və saxlanılması qaydalarını pozmuş şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb ediliblər.

шаблоны для dle 11.2

Xəbər lenti
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
29 07 2025