Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (19-10-2016, 22:39)
İntihara əl atan məhbus ölüm aclığına başladı…

Turme 2

“Bakı İstintaq Təcridxanasında məhbus Telman Bayramov oktyabrın 19-dan ölüm aclıq aksiyasına başlayıb”.

Mediatv.az xəbər verir ki,  bu haqda gununsesi.info-ya məhbusun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, ibtidai istintaq zamanı verilən vəsatətlər təmin edilib, lakin nəticə eyni qalıb: “Həmin cinayət işinin saxtalığı tərəfimizdən sübut olunsa da, yenə də iş məhkəməyə göndərilib. Baxmayaraq ki, hüquq-mühafizə orqanlarına 200-dən çox müraciət etmishdik. Bu müraciətlərdə müvəkkilimə qarşı edilən haqsızlıqlar və onun özünə qəsd etməsiylə bağlı məlumalarda öz əksini tapmışdı. Qeyd edim ki, Penitensiar Xidmətin əməkdaşlarının müdaxiləsi nəticəsində onun həyatı xilas edilmişdi. Bu haqda Suraxanı Rayon Prokurorluğunda araşdırma da aparılmışdı, lakin buna baxmayaraq, Yasamal rayonPolis İdarəsinin İstintaq Şöbəsi həmin maddəylə cinayət işini məhkəməyə göndərir. Bu səbəbdən də haqsızlığa etiraz edən T.Bayramov ölüm aclığına başlamağa qərar verib.

Baxmayaraq ki, istintaq zamanı müdafiə tərəfi olaraq, sübut etdik ki, həmin cinayət işi saxta və qurama ittiham və sübutlardan ibarətdir. Təəssüf ki, yazdığımız şikayətlər və vəsatətlər təmin olunmasına, müvəkkilimin günahsizlığını sübut etməyimizə baxmayaraq, nəticə də bunların işə xeyri olmadı. Hazırda müvəkkilimin həyatı təhlükədədir. Çünki ədalət bərqərar olmayınca, Telman Bayramov ölüm aclığından geri durmaq niyyətində deyil” – deyə o bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024