Sumqayıtda partlayış baş verib.
Mediatv.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində qaz sızması nəticəsində partlayışın baş verməsi və bir nəfərin dağıntılar altında qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Sumqayıt Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər dağıntılar altında qalmış 1936-cı il təvəllüdlü Fərzəliyev Sadəddin Mustafa oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 04:14-də başa çatıb.