Bakıda intihar hadisəsi baş verib.
Mediatv.az xəbər verir ki, dünən gecə saatlarında Heydər Əliyev prospekti 99 ünvanındakı binadan orta yaşlı kişi özünü atıb. O, hadisə yerindəcə keçinib.
İlkin araşdırmalardan sonra intihar edən şəxsin 1982-ci il təvəllüdlü Şirinov Ənvər Kamal oğlu olması müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (lent.az)