Hadisə (6-05-2016, 14:15)
Naxçıvanda şok olay: qisas almaq üçün arvadını qaçırdılar
Mayın 3-də Naxçıvanda qandonduran olay baş verib.
Mediatv.az big.az-a istinadən bildirir ki, 6 ilin gəlini başqa bir kişi tərəfindən qaçırılıb.
Sayta bu haqda qaçırılan gəlin Əliyeva Qəndab Mahir qızının bacısı Günay Əliyeva məlumat verib. O bildirib ki, bacısını Rəhim Mirzəyev adlı şəxs qaçırıb.
"Rəhim ruhi xəstədir, narkomandır. Bacımı zorla qaçırıb, onu övladını öldürməklə hədələyirdi. Bacımı onun ərinə görə qaçırıb. Rəhimin bacımın həyat yoldaşı ilə problemi olub. Ona görə də qisas almaq məqsədilə bacımı qaçırıb, telefonunu da qırıb, heç birinə zəng çatmır. Bacımın ölü və ya diri olmağından xəbərim yoxdur".
Qaçırılan gəlinin bacısı onu da bildirib ki, Rəhim Mirzəyev Naxçıvanda axtarışa verildiyini öyrənən kimi qaçaraq 3-cü reyslə Bakıya gəlib:
"Onu hər yerdə axtarırlar. Bacımın 2 yaşlı balası var. Ağlayır, anasını istəyir, sakitləşdirmək mümkün deyil. Anam bunu eşidən kimi infarkt keçirib. Rəhimin atası deyir ki, oğlum ruhi xəstədir, bacıma xəsarət yetirə bilər. Ona görə də təcili tapılmalıdırlar".
Günay Əliyeva bizdən xahiş etdi ki, bacısı Əliyeva Qəndabın və onu qaçırıldığı iddia olunan Rəhim Mirzəyevin fotolarını paylaşaq: "Onları görənlərdən 050 893 87 33 nömrəsi ilə əlaqə saxlamaları xahiş edirəm".