Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (5-11-2015, 18:32)
ŞOK: xalq artistinin gizlicə uşaq doğan qızının "əri" evli imiş

ŞOK: xalq artistinin gizlicə uşaq doğan qızının "əri" evli imiş

 

Xalq artisti Rafael Dadaşovun yenicə ana olan və evləndiyini deyən müğənni qızı Səidə Dadaşova haqqında ilginc iddialar səsləndirilib. Lent.az-ın big.az-a istinadən məlumatına görə, Aysel adlı xanım Səidə Dadaşovanın evləndiyini iddia etdiyi Məhəmməd adlı şəxsin hazırda rəsmi olaraq onunla evli olduğunu deyib. Aysel xanım həyat yoldaşı ilə rəsmi nikahda olduğunun sübutu olaraq adı çəkilən saytın redaksiyasına şəhadətnaməsini də yollayıb. Aysel xanım Səidə xanımla öz həyat yoldaşı Məhəmmədin saxta evlilik xəbərini internet saytlarından öyrənib. O bildirib ki, Məhəmməd əvvəllər Səidə Dadaşovanın sürücüsü vəzifəsində işləyib. 
 

Aysel xanım big.az-ın əməkdaşı ilə söhbətinə bu iddialarına aydınlıq gətirib.

- Səidə xanımın həyat yoldaşı ilə bağlı zəng eləmişdiniz...
- Səidə xanımın həyat yoldaşı deməyin, onun məşuqunun həyat yoldaşıyam.

- Məhəmməd bəy Səidə xanımla evli deyil?
- Ürəyiniz nə vaxt istəsə, mən sizə nikah kağızımı, ailə fotolarımı yollayım. Lap Məhəmmədin öz bacılarını, kimi istəyirsiniz gətirim, özünüz soruşun. Nikahlı həyat yoldaşımdan uşaq doğub. Mənim yoldaşımın əvvəllər Səidə xanımla əlaqəsi olub. Mənim səviyyəmə yaraşmaz Səidə haqda danışım. 

- Səidə xanımla siz də tanışsınız?
- Bəli, o mənim evimə gəlib. Süfrəmdə oturub, birgə çörək kəsmişik. Səidə mənə dedi ki, Məhəmməd mənim qardaşımdı, ürəyinə heç nə pis şey gəlməsin. Dedi ki, heç insan da öz qardaşına tamah salarmı?! Səidə bu sözləri mənə üzbəüz deyib. Qadın da evli adamdan uşaq dünyaya gətirər?! 

Həyat yoldaşım Məhəmməd səhərlər başqa işdə işləyir, axşamlar isə kafe işlədir. O mənə deyirdi ki, kafedə qalır. Son bir ayda... Son bir aya kimi də birlikdə yaşayırdıq. Axırıncı dəfə o, Səidə ilə çox pis dalaşmışdı və mən də bilirdim ki, onlar ayrılıblar. Deyirdilər, bəlkə yenə Səidə ilə bir yerdə qalır. Deyirdim, yox, ola bilməz, ağlıma da gəlmirdi. Dünən xəbər saytlarından oxuyuram ki, mənim həyat yoldaşımdan uşaq doğub o insan. 

- Bəs yeni doğulan uşaq barədə həyat yoldaşınızla danışmısınız?
- Bəli. O dedi ki, uşaq onluq deyil. Sonra dedi ki, Səidənin sürücüsüdür. Dedim, nə oldu kafe işlədirdin, yenə onun sürücüsü işləyirsən?! Hər birimiz sosial şəbəkədən istifadə edirik. Uşağım ikinci sinifə gedir. Hər kəs görüb o fotoları, xəbərləri mənə zəng edir, soruşur ki, bu nə məsələdir. Qalmışam kimə nə cavab verim. Ancaq sonra Məhəmməd etiraf etdi ki, Səidənin övladı ondandır. 

- Siz hazırda rəsmi evlisiniz, düzdür?
- Hə, evliyik, əlbəttə. Bu gün istədim gedim, boşanmaq üçün müraciət edim, amma dayandım. Çünki hirsli başda ağıl olmur. Həm də Səidə əri olmaya-olmaya deyir ki, o, mənim ərimdi, amma mən deyə bilmirəm?! 

- Siz neçə ildi Məhəmməd bəylə evlisiniz?
- On bir ildir...

- Neçə uşağınız var?
- İki oğlum var. Birinin 5 yaşı var, birinin isə 8.

- Məhəmməd bəy nə vaxtdır evə gəlmir?
- Son bir aydır. Ondan əvvəl aramız çox yaxşı idi.

- Sizin özünüzün neçə yaşı var?
- 28.
- Bəs Məhəmməd bəyin?
- 34 yaşı var. Məhəmmədin bacısı deyir ki, Səidəni harda tutsam yolacam. Anası isə infarkt keçirib, elə bil. Nə dinir, nə danışır, arvad şoka düşüb. Səidə ailəmizi məhv elədi. Səidəni tanımayana kimi hər şey yaxşı idi. Kişi idi, səhv eləmişdi, əlaqə olmuşdu və mən də birinci dəfə bunu bilmişdim, onu bağışlamışdım. 

- Məhəmməd bəy peşman olub gəlsə, sizinlə danışsa, bağışlayarsız?
- Xeyr, mənim qürurumla heç kəs oynaya bilməz. Əgər Məhəmməd gəlib, desəydi ki, Səidəni sevir, ayrılmaq istəyir, mən onu anlayardım. İnsandı, mən anlayardım. İnsan sevə də, ayrıla da, boşana da bilər. Heç kəs heç nədən sığortalanmayıb. İki balamın canına and olsun, dünən restoranda bacımla oturmuşduq, çörək yeyirdik. Xəbəri oxudum, amma şəkilləri görməmişdim. Dedim, görəsən bunu kim alıb, özünə arvad edib. Xəbəri açıb, şəkli görəndə tikə boğazımda qaldı. Restrandan evə necə gəlmişəm, qaynatamgilə necə getmişəm, heç özüm də bilmirəm.
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024