Hadisə (2-11-2015, 10:27)
Ötən ay cəbhədə 8 erməni hərbçi öldürülüb
Bu ilin oktyabr ayında erməni silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 695 dəfə pozub.
Mediatv.az xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan, qumbaraatanlardan da istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.
Oktyabr ayı ərzində atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Bu istiqamətdə atəşkəsin 200 dəfə pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur (153 dəfə).
Qarabağ cəbhəsi üzrə oktyabrda Tərtər rayonu istiqamətində atəşkəs 72, Xocavənd rayonu istiqamətində 62, Cəbrayıl rayonu istiqamətində isə 55 dəfə pozulub.
Erməni silahlı bölmələri atəşkəsi Goranboy rayonu istiqamətində 90, Tovuz istiqamətində 9, Gədəbəy rayonu istiqamətində 14, Qazax rayonu istiqamətində 25, Göygöl rayonu istiqamətində 13, Ağstafa rayonu istiqamətində isə 2 dəfə pozub.
Ötən ay qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb, vurduğu zərbələrlə qarşı tərəfin ümumilikdə 8 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı olub.
Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb.
Qeyd edək ki, sentyabr ayında erməni silahlı bölmələri atəşkəs rejimini 828 dəfə pozmuşdu.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024