Hadisə (9-10-2015, 16:10)
Avtovağzalın qarşısındakı sürüşmənin səbəbi bilindi
Sürüşmənin qarşısını almaq üçün təkliflər planı hazırlanıb
“Bakı Avtovağzalının ərazisində sürüşmənin səbəbi həmin ərazidəki yaşıllıqların mütəmadi olaraq fontan şəklində suvarılmasıdır”.
Mediatv.az-ın məlumatına görə, bu barədə Lent.az-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.
Ə.Piriyevin sözlərinə görə, ərazidə suvarma işləri aparıldığı zaman aşınmanın daha da artdığı müşahidə olunur: "Artıq təkliflər planı hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. Təkliflər planına həmin ərazidəki suvama prosesinin bir müddət dayandırılması, yağış və digər suların həmin əraziyə axınının qarşısını almaq üçün suötürücü qurğunun yerləşdirilməsi, çatların örtülməsi, yolun asfaltlanması daxil edilib".
Ə.Piriyev qeyd edib ki, həmin ərazi hər gün nəzarətdə saxlanır.