Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (7-08-2015, 16:35)
Bakıda gənc oğlan maşına soyğunçu kimi mindi, qatil kimi düşdü - CİNAYƏT TƏFƏRRÜATI

Bakıda gənc oğlan maşına soyğunçu kimi mindi, qatil kimi düşdü - CİNAYƏT TƏFƏRRÜATI

Bakıdakı taksi cinayətində maraqlı məqamlar üzə çıxıb. Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci Sahə istiqamətinə gedən yolda öldürülən Bakı şəhər sakini Həmid Paşayevin ölümünün təfərrüatı onun qətlində şübhəli şəxsin tutulandan sonra məlum olub. 

H. Paşayevin meyidi avqustun 2-də saat 01 radələrində "Nissan Sunny" markalı avtomobilində tapılıb. 

Qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, P.Abbasov hadisə baş verən gün taksi kimi fəaliyyət göstərən H.Paşayevin avtomobilinə əyləşib. Onu Badamdar qəsəbəsinə aparmasını deyib. Mənzil başına çatanda isə sürücüyə gediş haqqını ödəmək üçün pulunun olmadığını deyib. O, sürücüyə girov kimi sənədini vermək istəyib. Lakin sürücü bununla razılaşmayıb və mübahisələri yaranıb. Əsəbləşən Pərviz bıçaqla taksi sürücüsünə 10-dan artıq zərbə vurub. Sonra isə maşından düşərək qaçıb. 

P.Abbasovun yeri hadisədən bir neçə gün sonra müəyyən edilib və o, həbs olunub. Onun bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törətdiyi üzə çıxıb. 
Hazırda faktla bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024