Hadisə (31-07-2015, 13:11)
Bakıda özünü bıçaqlayan qadın öldü
Əməliyyata götürülən xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Gecə saatlarında təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına bıçaq xəsarətləri ilə yaralı qadın gətirilib.
Xəstəxanadan APA-ya verilən məlumata görə, həkimlər ona döş qəfəsinin sol yarısının kəsilmiş deşilmiş yarası diaqnozu qoyublar. Ağır vəziyyətdə əməliyyata götürülən xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlum olub ki, ölən qadın 38 yaşlı Alidə Nəriman qızı Abdullayevadır. Araşdırmalar zamanı müəyyən edilib ki, Alidə Abdullayeva Səbail rayonu Bayıl qəsəbəsində yaşadığı evdə özünə xəsarət yetirib.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Alidə Abdullayevə psixi xəstəlikdən əziyyət çəkib.
Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Mediatv.az