Hadisə (10-06-2025, 21:17)
Tarixi binanı bərbad hala saldılar… “Nəsimi İH isə görməzdən gəlir” – Memar
Dövlət nəzarətinin yoxluğundan istifadə edənlər tarixi binaları bərbad hala salırlar. Belə binalardan biri də Nəsimi rayonundadı. Ancaq sözügedən rayon icra hakimiyyətində heç kimin ağlına gəlmir ki, bununla bağlı tədbir görsün.

Tribunainfo.az xəbər verir ki, tarixi binalara edilən kənar müdaxiləni memar Elçin Əliyev ictimailəşdirib. O bildirib ki, indi bu işlərə nəzarət edilmədiyindən tarixi binalara kənar müdaxilələr baş alıb və heç kəs də bunun qarşısını almır:
“Bir neçə il əvvəl şəhər rəhbərliyi tərəfindən Bakının mərkəzi tarixi hissəsində genişmiqyaslı bərpa işləri həyata keçirilmiş, binaların fasadları qaydaya salınmış, onları çoxsaylı bar və restoran sahiblərinin səviyyəsiz «bədii yaradıcılığından» təmizləmişdilər.
İndi isə dövlət nəzarətinin yoxluğundan istifadə edənlər, bu cür özbaşınalıqlara yenidən başlayıblar. Nəsimi rayonu İcra hakimiyyətindən və ya mənzil istismar idarəsindən heç kimin ağlına bu “rəssamları” dayandırmaq gəlmir. Hamısı korrupsiya çarxının içində itib-batıb.
Şəkillərdə Rəsul Rza və Şamil Əzizbəyov küçələrinin tinində yerləşən gözəl tarixi binadır”.
Qarşı tərəfi dinləməyə hazırıq.



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025