Hadisə (25-03-2015, 11:55)
İsmayıllıda ər arvadını güllələdi
Ötən gün İsmayıllı rayonunda hind kinolarını xatırladan qətl hadisəsi baş verib
"Mediatv.az" xəbər verir ki, Rayon prokurorluğundan ans press-ə verilən məlumata görə, hadisə səhər saat 10 radələrində İsmayıllı rayonunun Qurban Əfəndi kəndində qeydə alınıb.
64 yaşlı kənd sakini Məhəmməd Əhməd oğlu Əhmədov həmkəndlisi 62 yaşlı Allahverdi Sədulla oğlu Rəhimovu və həyat yoldaşı 56 yaşlı Bahar Qəhrəman qızı Əhməovanı güllələyərək öldürüb. O, ov tüfəgi ilə atəş açıb.
Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Lakin onun halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda M.Əhmədov xəstəxanada müalicə alır. Polis nəzarəti altında müalicə alan şübhəlinin vəziyyəti ağırdır.
Araşdırmalar zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub. Demə Məhəmməd Əhmədov arvadı ilə qonşusunun sevgili olmasından şübhələnib. Çünki o, bir vaxtlar arvadı Bahar Əhməova ilə qonşusu Allahverdi Rəhimovu birlikdə görübmüş. Vaxtilə hansısa səbəbdən bunu araşdırmaq istəməyən qısqanc ər illər ötdükdən sonra haqq-hesab çəkmək istəyib.
Bu səbəbdən də, ov tüfəngilə silahlanıb və səhər-səhər kənddə, ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun yanına gəlib. Silahı çəkib. “Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir” deyərək qonşuların yanında Allahverdi Rəhimovu ürəyindən güllələyib.
Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat yoldaşı Bahar Əhməovanı da güllələyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024