Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (Dünən, 19:06)
“Otto”dakı davaya görə tutulan tələbə bayram günü azadlığa buraxıldı

ottodaki-davaya-gore-tutulan-telebe-bayram-gunu-azadliga-buraxildi


“Qafqazinfo”nun məlumatına görə, hadisə martın 18-də Səbail rayonu ərazisində yerləşən “Otto Klub”da qeydə alınıb. 

Maraqlıdır ki, həmin gün dava ilə bağlı həbs edilən tələbə bayram günü azadlığa buraxılıb. Belə ki, Bakı Apellyasiya Məhkəməsi ötən gün bu qərarı çıxarıb. 

İş materiallarına əsasən, Türkiyədə qiyabi təhsil alan Elvin sözügedən klubda tanımadığı şəxslə mübahisə edib və ona yüngül bədən xəsarətləri yetirib. Hadisədən sonra polis tərəfindən saxlanılan Elvin Səbail Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Onun müdafiəçisi qərardan apellyasiya şikayəti verib. Şikayət ərizəsindən Elvinin xərçəng xəstəliyindən əziyyət çəkdiyi və kimyaterapiya müalicəsinə ehtiyacı olduğu məlum olub. Bundan əlavə, şəxsin ilk dəfə inzibati xəta törətdiyi qeyd edilib.

Növbətçi hakim Cavid Hüseyn bayram günü iclas keçirərək Elvinin 15 günlük inzibati həbs cəzasını 300 manat cərimə ilə əvəz edib. O, dərhal məhkəmə zalından azadlığa buraxılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
23 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
22 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025
21 03 2025