Hadisə (3-03-2025, 18:22)
Azərbaycanlı “qumarbaz” 1.5 milyon dollar uddu
Azərbaycanlı poker ustası Ramin Hacıyev 1,5 milyon dollar qazanaraq beynəlxalq Triton Jeju turnirinin qalibləri siyahısında birinci yeri tutub.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreyada keçirilən və fevralın 26-da start götürən turnir 252 iştirakçını bir araya gətirib. Onların arasında Hacıyev ən yaxşı nəticə göstərərək baş mükafata layiq görülüb.
O, daha əvvəl 2023-cü ildə Kiprdə keçirilən Triton turnirində 4,1 milyon dollar qazanmışdı.
Hacıyev beynəlxalq səviyyədə ən məşhur poker oyunçularından biridir və müntəzəm olaraq müxtəlif turnirlərdə iştirak edir. Onun beynəlxalq poker turnirlərində ümumi uduşları hazırda 11,3 milyon dollar təşkil edir.Ümumi mükafat fondu 7,56 milyon dollar olan Cənubi Koreya turniri ən yaxşı 39 oyunçuya mükafatlar təqdim edib. Yarışda iştirak etmək üçün hər bir oyunçu 30 min dollar giriş haqqı ödəyib.
Qaliblər siyahısında ikinci yeri 1 milyon dollar mükafat alan rusiyalı Vyaçeslav Balayev tutub.
Qeyd edək ki, Azərbaycan mətbuatının yazdığına görə, Ramin Hacıyevin atası Rauf Hacıyev “Unibank”ın şərikidir. Bakıdakı “Beerbaşa”, “Nakhchivan”, “Paul Azerbaijan”, “Köfteci Ramiz” restoranlarının da bu ailəyə aid olduğu bildirilir

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025