Hadisə (2-03-2025, 14:26)
"Range Rover"lə 4 nəfərin ölümünə görə yüngül cəza alan Əlincə" futbol klubunun prezidenti Elşad Kəlbəliyev daha bir güzəşt istəyir

Azia.az bloqu "Qafqazinfo"ya istinadla xəbər verir ki, Kəlbəliyev artıq Xəzər Rayon Məhkəməsinə müraciət edib.
Məlumat üçün deyək ki, dörd nəfərin ölüm işində təqsirli bilinən Kəlbəliyev cəmi iki il ümumi rejimli həbsxanada qalıb. Ondan sonra həbs müddəti 5 ilə endirilib, cəzaçəkmə yeri yüngülləşdirilib. Prokuror həmin qərardan protest versə də, məhkəmə öz qərarını dəyişməyib.
Keçmiş iş adamı məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldüyü üçün müəyyən vaxtlarda azadlıqda qala bilir. İndi isə qalan 1 il 4 aylıq cəzasını da şərti çəkmək istəyir. Böyük ehtimalla, hakim gələn həftə qərarını açıqlayacaq.
Qeyd edək ki, "Qurtuluş 93" MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyev bu cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025
5 03 2025