Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (10-05-2016, 20:14)
90 saylı dairədə son vəziyyət – 9 nəfər deputat olmaq istəyir

1460980587_aa90 saylı Ağdaş dairəsi üzrə Milli Məclisə təkrar seçkiyə 9 nəfər qatılıb.

Mediatv.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli mayın 10-da Transparency.az-a bildirib ki, təkrar seçkidə iştirak üçün dairə seçki komissiyasına 9 nəfər müraciət edib: “Onların namizədliyi təsdiq olunub və iddiaçılar imza vərəqələri alıblar. 9 nəfərdən bu günə qədər yalnız 1-i imza vərəqələrini geri qaytarıb. Hazırda imzalar yoxlanır”.

Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci ilin noyabrında olub. Seçki 125 dairə üzrə keçirilib. Rəsmi nəticələrə görə, Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkinin nəticəsi ləğv olunub. Mərkəzi Seçki Komissiyası dairə üzrə şikayətlərə baxarkən belə qərar verib.

O vaxt həmin dairədə lider namizəd bitərəf deputat Çingiz Əsədullayev olub.

Aprelin 12-də prezident İlham Əliyev 90 saylı dairə üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamla təkrar seçki bu il iyunun 18-nə təyin edilib.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Təqvim planına görə, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi aprelin 29-dan başlayıb və mayın 19-u saat 18-də bitəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024