Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 10:48)
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -TƏFƏRRÜAT















Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) mətbuata özünü yenilikçi, sosial məsuliyyətli və üzvlərinin rifahını düşünən qurum kimi təqdim etməyə çalışır. Bir neçə gün əvvəl keçirilən mətbuat konfransı da məhz bu imic kampaniyasının bir hissəsi idi. Tədbirdə videoçarxlar nümayiş etdirildi, layihələr sadalandı, rəqəmlər açıqlanaraq guya şəffaflıq görüntüsü yaradıldı. Lakin bu təqdimatların arxasında gizlədilən gerçəklik tamamilə fərqlidir.
Yenixeber.org: Rəsmi açıqlamaya görə, AHİK-ə üzv olanların sayı 1 034 701 nəfərə çatıb. Onlardan 513 317 nəfəri kişi, 208 641 nəfəri qadındır. Qalan üzvlər isə digər kateqoriyalara daxildir. Lakin bu qədər böyük üzvlük bazası olan qurumun fəaliyyəti və büdcəsinin xərclənməsi barədə real şəffaflıq yoxdur.
AHİK rəhbərliyi bildirib ki, 2025-2027-ci illər üçün İnkişaf strategiyası təsdiqlənib, 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbirdən ibarət “Tədbirlər Planı” icra olunur. “Çağrı Mərkəzi”, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, “Kurort” Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. Sanatoriya və istirahət mərkəzlərində yenidənqurma və təmir işlərinin aparıldığı, qida təminatının qida təhlükəsizliyi standartlarına uyğunlaşdırıldığı iddia olunur. Yollayışların verilməsində şəffaflıq üçün e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sistemi yaradıldığı və 2025-ci ilin ilk 7 ayında 32 min yollayış verildiyi açıqlanıb.
Lakin bu rəqəmlər və iddialar işçilərin, sanatoriya pasiyentlərinin və ictimaiyyətin real təcrübəsi ilə üst-üstə düşmür. Neft quyularından çıxan lay sularının termal su adı ilə istifadəsi, pasiyentlərin sağlamlığına təhlükə yaradılması, putyovka bölgüsündə qohumbazlıq və rüşvət hallarının olması, sanatoriyalarda qida və gigiyena qaydalarının pozulması barədə dəfələrlə faktlar təqdim edilsə də, rəhbərlik bunları ya inkar edir, ya da üzərinə örtük çəkir.
Ən acınacaqlısı odur ki, haqsızlıqla üzləşən işçilər və pasiyentlər AHİK-ə müraciət etsələr də, heç bir dəstək görmürlər. Bəzi hallarda rəhbərlik şikayət edən işçilərə qarşı aqressiv mövqe tutur, onları işdən uzaqlaşdırmağa çalışır. Bir sıra sanatoriya işçiləri artıq üzvlükdən çıxmaq üçün ərizə yazıb, hüquqlarını qorumaq üçün prokurorluğa və məhkəmələrə müraciət ediblər.
AHİK-in üzvlük haqlarından toplanan vəsaitin hara və necə xərcləndiyi barədə heç bir real şəffaflıq yoxdur. Yenidənqurma adı ilə böyük məbləğlərin xərclənməsi rəsmən açıqlanır, lakin əksər sanatoriyaların vəziyyəti bərbaddır. Ən yüksək vəzifəli dövlət məmurlarının belə müalicə aldığı sanatoriyalarda bu qədər problem varsa, mərkəzdən uzaq sanatoriyaların vəziyyətini təsəvvür etmək çətin deyil.
Rəsmi açıqlamalarda 32 min yollayışın verildiyi bildirilir. Lakin bu rəqəmlərin kimlərə, hansı mexanizmlə və hansı şəraitdə verildiyi barədə ictimaiyyətə məlumat verilmir. Sosial şəbəkələrdə və mediada putyovka alveri, yüksək endirimlərin yalnız tanışlara və vəzifəlilərə tətbiq edilməsi barədə kifayət qədər faktlar var. Bu sistem sadə üzvlərin maraqlarına ziddir.
AHİK
Bundan başqa, sanatoriyalarda qanunsuz olaraq ozonoterapiya və digər invaziv prosedurlar həyata keçirilir. Özü də bu prosedurları sertifikatlaşdırılmamış personal icra edir ki, bu da xəstələrin sağlamlığına birbaşa təhlükədir.
Ən gülünc hallardan biri odur ki, tibbi personalın işə qəbuluna müalicə şöbəsinin müdiri Gülgəz adlı şəxs qərar verir, halbuki onun tibbi təhsili yoxdur. Həkim və tibb bacılarının işə götürülməsi prosesində bu şəxsin təsdiqi əsas şərt sayılır.
Bundan başqa, sanatoriyaların ərazisində fəaliyyət göstərən restoran və digər kommersiya obyektlərindən yığılan icarə haqları barədə də şəffaf məlumat yoxdur. Rəsmi rəqəmlərlə real ödənişlər arasında fərqlər olduğu barədə ciddi şübhələr mövcuddur. Bu obyektlərdə kabab bişirilməsi, içki verilməsi və yüksək səs-küylü musiqilər sanatoriyada dincələnlərin rahatlığını pozur.
AHİK-də və “Kurort” QSC-də əsasən rəhbər şəxslərə yaxın insanlar, qohumlar və tanışlar yüksək maaşlı vəzifələrə gətirilir. Maaşlar isə olduqca yüksəkdir: «Kurort» QSC-də baş direktor təxminən 7000 manat, müavinlər 6000 manat, müşavirlər 4000 manat, şöbə müdirləri 3000 manat, onların müavinləri isə 2000-2500 manat alır. Bu vəzifələrə ehtiyac olub-olmadığı sual altındadır. Əvvəllər sanatoriyalar ayrıca MMC-lər kimi fəaliyyət göstərirdi, lakin onlar ləğv edilərək filiallara çevrildi və nəticədə həm idarəetmə səmərəliliyi azaldı, həm də xərclər süni şəkildə artırıldı. 6 fəaliyyət göstərən sanatoriyası olan «Kurort» QSC-nin 120-yə dək işçisi var. Budur islahat?
Son 6 ay ərzində isə bir neçə vəzifəli şəxs, o cümlədən 1 aparat rəhbəri, baş direktorun 3 müavini, 1 Maliyyə şöbəsinin müdiri, 1 Tikinti şöbəsinin müdiri və daxili nəzarət üzrə 2 məsul şəxs Çingiz Hacıyevin zəif idarəçiliyi və fırıldaqlarına etiraz olaraq ərizə yazaraq işdən gedib.
Daha bir qalmaqallı fakt – deyilənlərə görə Çingiz Hacıyev gələcəkdə öz qanunsuz əməllərinə don geyindirmək üçün ixtisası energetik olan bir türk vətəndaşını Tikinti şöbəsinin müdiri vəzifəsinə təyin edib. Məqsəd ondan müxtəlif sənədlərə imza atdırmaq olub. Lakin həmin şəxs qanunsuz prosesləri anlayaraq fırıldaqlarda iştrak etməkdən imtina edib.
Bütün bu faktlar göstərir ki, AHİK və “Kurort” QSC-də vəziyyət köklü islahatlar tələb edir. Əks halda, üzvlərin pulları şəxsi maraqlara xərclənməyə davam edəcək, sanatoriyalar isə əsl sağlamlıq ocağı olmaq əvəzinə, korrupsiya mənbəyinə çevriləcək.
Nəticə olaraq, AHİK-in mətbuat qarşısında keçirdiyi təqdimatlar reallığı gizlətmək, ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır. Əgər həqiqətən üzvlərin rifahı düşünülürsə, ilk növbədə korrupsiya və qohumbazlığa son qoyulmalı, üzvlərin ödədiyi pulların xərclənməsi barədə tam və şəffaf hesabat ictimaiyyətə təqdim edilməlidir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
13 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025
12 08 2025