Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 20:38)
Prokurorluğun həbs etdiyi vəzifəli şəxs niyə azadlığa buraxıldı? - Əkin üçün pul yığırmış...

bitmap-img6

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı həbs edilən vəzifəli şəxs məhkəmə zalından azadlığa buraxılıb.


Musavat.com xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi - “Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə Heyətinin sədri Abbasov Elçin İsmayıl oğlunun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Qeyd edək ki, Elçin Abbasov vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 300-500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almaqda ittiham olunaraq həbs edilmişdi.

İş üzrə 40-a yaxın kənd sakini zərərçəkmiş kimi tanınıb. Onların hər birindən rüşvət alınması ilə bağlı istintaq orqanının əldə etdiyi sübutlar olub. Elçin Abbasovun iş otağına baxış keçirilən zaman rüşvət alınan şəxslərin adının olduğu siyahılar da müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, Elçin Abbasov əkin sahələri olan şəxslərdən pulu Amil adlı şəxs vasitəsi ilə yığırmış. Elçin Abbasov sonuncu dəfə günəbaxan əkən, lakin suvarmada problem yaşayan Kamil adlı şəxslə görüşərək 1500 manat rüşvəti şəxsən özü alıb. Cinayətin üstü də bu izlə açılıb.

Elan edilmiş ittihamla Elçin Abbasov özünü istintaqda təqsirli bilsə də, məhkəmədə qismən təqsirli bildiyini deyib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, zərərçəkmiş kimi tanınan kənd sakinləri Elçin Abbasovla barışıblar və şikayətçi olmadıqlarını bildiriblər.

Elçin Abbasov məhkəmənin hökmü il dələduzluqda, rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə ona təyin edilmiş əsas cəza 4 il sınaq müddəti ilə şərti hesab edilib.

E.Abbasov məhkəmə zalından azadlığa buraxılıb.


шаблоны для dle 11.2

Xəbər lenti
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
10 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025
9 08 2025