Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-11-2015, 18:11)
Çingiz Əsədullayevin seçki nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizədlikləri qeydə alınan Yeni Azərbaycan Partiyasının üzvü İlqar Vəliyev və bitərəf, Ağdaş bələdiyyəsinin sədri Qalib Qarayevin müraciətinə baxılıb.

Mediatv.az xəbər verir ki, onlar müraciətlərində səsvermə günü qanun pozuntularına yol verildiyi üçün noyabrın 1-də keçirilən seçkilərin nəticələrinin həmin dairə üzrə ləğv edilməsini xahiş ediblər. MSK üzvü Ramiz İbrahimov deyib ki, Ekspert Qrupu araşdırma aparıb və müəyyən nəticəyə gəlinib.


O, qeyd edib ki, şikayətə əsasən bəzi bələdiyyə sədrləri və icra nümayəndələri səsvermə günü seçkiyə müdaxilə ediblər: `Biz protokollara baxış keçirmişik, 3 saylı məntəqədə səslərin sayına sonradan düzəliş edilib. 5 saylı məntəqədə də səslərin göstərilməsində balans pozulur. 7 saylı məntəqədə də səs verənlərin sayı ilə seçki qutusundan çıxan səslərin sayında fərq mövcuddur. 12 saylı, 9 saylı seçki məntəqələrində də belə hallara rast gəlinir. Ümumilikdə seçki məntəqələrindən 17-də belə ciddi problem var`.

Sonda MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib. 

Qeyd edək ki, 90 saylı Ağdaş Seçki Dairəsində lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024