Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (28-04-2016, 09:34)
“Ərdoğan Ermənistanın ifşası üçün əlindən gələni edəcək”

“Ərdoğan Ermənistanın ifşası üçün əlindən gələni edəcək”

 

Azərbaycan və Türkiyə prezidentlərinin görüşünün sirli məqamları; Qabil Hüseynli: “Ərdoğanın səfəri xüsusi bir mesajdır”

 

Mediatv.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ölkəmizə səfəri və dövlət başçısı İlham Əliyevlə təkbətək görüşü gündəmin əsas müzakirə olunan məsələlərindəndir.
İlham Əliyev-Ərdoğan görüşü barədə ictimaiyyətə geniş məlumat verilməsə də, əksər ekspertlər görüşün əhəmiyyətindən və Azərbaycan üçün faydasından danışırlar. Heç şübhəsiz ki, bu görüşdə əsas müzakirələrdən biri Azərbaycan-Ermənistan arasında cəbhə xəttində baş verən gərginlik olub. Eyni zamanda Türkiyənin Rusiya ilə davam edən soyuq münasibətlərinin də hər iki ölkə başçısı tərəfindən müzakirəsi sirr deyil. 
Müstəqil politoloqlar Ərdoğanın Bakı səfərinin ən uyğun vaxta təsadüf etdiyini vurğulayırlar. Bir növ bu səfərlə Azərbaycan və Türkiyə prezidentlərinin dünyaya bir mesaj göndərdikləri də qeyd olunur.
Politoloq Qabil Hüseynli də hesab edir ki, Türkiyə rəhbərinin Bakı səfəri ən münasib vaxta təsadüf etdi:“Azərbaycan prezidenti də Türkiyənin ən çətin durumunda, yəni terror hadisəsindən sonra oraya səfər etmişdi. Ərdoğanın səfəri isə düşmənlə ən ağır döyüşlər apardığımız vaxta təsadüf etdi. Düşünürəm ki, bu, həm Azərbaycan xalqına, həm də dövlət rəhbərliyimizə dəstək xarakteri daşıyır. Çünki ruslar onsuz da hesab edirlər ki, 4 günlük savaşın başlanmasında Türkiyə təhrikedici rol oynayıb. Buna Çavuşoğlu çox yaxşı cavab verdi ki, hücum edən tərəf Ermənistan idi, onda belə çıxır, biz Ermənistana telefon açdıq, yaxud hansısa bir erməninin qulağına pıçıldadıq ki, azərbaycanlı qardaşlarımıza hücum edin. 
Həm Çavuşoğlunun, həm də Ərdoğanın buradakı görüşləri bütövlükdə Azərbaycana yeni bir stimul hazırlayır.”Arxanızdayıq" fikrini müdafiə edəcək stimulu verir. Doğrudan da Çavuşoğlu bunu öz fikirləri ilə dedi. Bundan əvvəl də Ərdoğan Ankarada söyləmişdi ki, biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bunun təmin olunması üçün daim Azərbaycanın yanında olacağıq. Ərdoğanın səfəri ərəfəsində Pakıstandan da böyük nümayəndə heyəti ölkəmizə gəldi. Pakıstanlılar açıq şəkildə ölkəmizə canlı qüvvə, yüksək texnika ilə yardım etməyə hazır olduqlarını bəyan etdilər. Amma Ərdoğanın səfəri xüsusi bir mesajdır. Rusiya, Ermənistan, BMT və Minsk qrupu  üzvü ölkələrinə mesajdır ki, Azərbaycanın işi haqq işidir, Ermənistan işğalçı dövlətdir, bu işğalçı dövlət Azərbaycan torpaqlarından çıxmalı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Ərdoğanın mesajlarında o da var ki, ermənilər Azərbaycan torpaqlarından çıxmayınca, ölkəmizlə birlikdə Türkiyə mübarizə aparacaq".
Q.Hüseynli onu da qeyd etdi ki, Türkiyə prezidentinin səfəri ilə Azərbaycanda ruh yüksəkliyi daha da qalxdı: “Ərdoğan sözün həqiqi mənasında Bakıya gəlməklə Azərbaycanda onsuz da son zamanlarda müşahidə edilməkdə olan ruh yüksəkliyini bir az da qaldırdı. Həm Azərbaycanın siyasi rəhbərliyi, həm ordumuz, həm də ki insanlarımız Türkiyənin səmimiyyətinə, hər zaman Azərbaycanın yanında olması faktına bir daha inandılar. Beləliklə, Türkiyə-Azərbaycan münasibətləri bu səfərlə daha da möhkəmlənmiş oldu. 
Tədbirlərarası ikili görüşdə yəqin ki, Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif formaları müzakirə olundu. Hər şeydən əvvəl müdafiə sənayesinin inkişaf etdirilməsi ilə bağlı hər iki ölkənin münasibətlərinə bundan sonra daha da diqqət yetiriləcək. Sonra döyüş ruhunun yüksəldilməsi ilə bağlı türk zabitlərinin Azərbaycana gətirilməsi və ölkəmizdə təlim keçmələri məsələsi də gündəmdə idi. Xüsusi təyinatlılar məsələsində də Türkiyənin böyük rolunun olduğunu və bundan sonra bu rolun artacağını da söyləmək mümkündür. Azərbaycan  yaxın vaxtlarda Türkiyə ilə strateji müttəfiqliyini daha yüksək səviyyəyə çatdıracaq. Bunun nəticəsində NATO, Qərb dünyası ilə əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət ayıracaq. Çünki son zamanlar müşahidə olunan hal budur ki, Rusiya Dağlıq Qarabağ problemi və onun həlli istiqamətində gedən prosesləri ələ keçirib. Buna görə də Azərbaycanın Türkiyə, Qərb dünyası ilə əlaqələrini genişləndirməyə böyük ehtiyac var. Bu proseslərdə Türkiyə əsas rol oynaya bilər”.
 
Politoloq İlham Əliyev-Ərdoğan görüşünün pərdəarxası məqamlarına da toxundu: “4 günlük müharibə və bu savaşda uğur gətirən məqamlar, eləcə də çatışmayan cəhətlər yəqin ki müzakirə olunub. Bu proseslərdə Türkiyənin nə edə biləcəyi məsələsi də gündəmə gətirilib. Hazırda gündəmdə olan əsas məsələ sülh yaratma prosesidir. Ermənilər bu prosesə maneçilik yaratmağa çalışırlar. Özlərini bir növ naza çəkirlər. Rusiya isə bu məsələdə düşmən ölkəyə güldən ağır söz demir. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq təşkilatlarla təması güclənib. Artıq Azərbaycan BMT-yə müraciət edib. Başqa bir təşkilat da var. Bu, İslam Əməkdaşlıq Təşkilatıdır ki, onun da sədri Ərdoğandır. Bu xətlə həm BMT-yə, həm də digər beynəlxalq təşkilatlara təsir imkanları var. Ərdoğan yəqin ki, özünün sədrlik statusundan istifadə edərək, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə Ermənistanın tutduğu mövqenin ifşa edilməsi üçün əlindən gələni edəcək. Bunun üçün atılacaq konkret addımlar bu ikili görüşdə müzakirə edilib. Əminəm ki, danışıqlar prosesində gündəmə gətiriləcək həll variantları da müzakirə olunub. Bu məsələlər bundan sonra da daim ikitərəfli məsləhətlərin predmetini təşkil edəcək”.
Musavat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024