Gündəm (11-04-2016, 18:15)
“Moskva Qarabağ münaqişəsində erməniyönümlü mövqe tutmayacaq”
"Ermənistan-Azərbaycan cəbhə xəttində vəziyyətin kəskinləşməsiylə əlaqədar bəzi Rusiya kütləvi informasiya vasitələrində anti-Azərbaycan kampaniyası qızışıb. Fikrimcə, bunun heç bir əsası yoxdur. Yeri gəlmişkən, demək lazımdır ki, bəzi kanallar məsələyə nisbətən neytral mövqe nümayiş etdiriblər və Qarabağ münaqişəsini ehtiyatla işıqlandırıblar. Və bu təəccüblü deyil, axı Azərbaycan bir çox beynəlxalq məsələlərdə Rusiya üçün ciddi tərəfdaşdır”.
Mediatv.az xəbər verir ki, bunu virtualaz.org-a rusiyalı jurnalist-analitik Yevgeni Mixaylov bildirib.
O, qeyd edib ki, Rusiya Azərbaycana silah satışını Ermənistan kimi borc və ya hədiyyə kimi deyil, real pul qarşılığında həyata keçirir. Rusiya rəhbərliyinin mövqeyi aydındır, onlar erməni diasporasının maliyyə nəzarəti altında olan bəzi KİV-ə qarşı aktiv əks-təbliğat aparıblar.
Mixaylov həmçinin erməni tərəfinin D.Medvedyev və onun komandası haqqında dediklərinin heç nə ilə əsaslandırılmadığını bildirib: "Avropa Şurasında Azərbaycan prezidenti İlham Əliyevin fikiri mənim xoşuma gəldi. O bildirdi ki, dünyada bir Ermənistanın olması kifayətdir və Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Əliyev həmçinin qeyd etdi ki, Qarabağ münaqişəsi gec-tez dünya ictimaiyyətinin, o cümlədən, Rusiyanın köməyi ilə öz həllini tapacaq. Rusiya bu məsələdə düzgün siyasət aparır. Ermənistan bizi Azərbaycanla münaqişəyə çəkə bilməyəcək”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024