Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (4-02-2016, 12:27)
"İlhamənin məqsədi ittihamları ört-basdır etməkdir" - Aygündən açıq məktub

Xalq artisti Aygün Kazımova hımkarı İlhamə Quliyeva ilə aralarında yaranmış qalmaqalla bağlı mətbuat nümayəndələrinə açıq məktub yazıb. 

Mediatv.az xəbər verir ki, bu barədə Aygün Kazımova media nümayəndələrinə ünvanlandığı açıq məktubda yazıb. O, qələm əhlini bu mövzuda həssas olmağa və məsələni Quliyevanın istəyi ilə şouya çevirməməyə çağırıb. Məktubda deyilir:

“İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylər qızının son açıqlaması məni elə sarsıtdı ki, bir neçə saat özümə gələ bilmədim. Onun açıqlamalarında həqiqət gördüm. Bir şəhid bacısının, bir qadının, alçaldılmış, təhqir edilmiş, əzilmiş, döyülmüş, işgəncələrə məruz qalmış, çarəsiz bir ananın qorxu dolu fəryadına dözə bilmədim. Onu şəxsən tanımasam da, İlhamə Quliyevanı çoxları kimi yaxşı tanıyıram. Gəlin mətləbdən uzaqlaşmayaq. Rəy bildirən hər kəsin fikrinə sayqı ilə yanaşıram. Amma üçüncü insandan açıqlama alanda Aygün Kazımova və İlhamə Quliyeva qalmaqalı haqda yox, o yazıq hala salınmış, çarəsiz qalmış köməkçinin son açıqlaması haqda suallar ünvanlayın. Demək istəyirəm ki, bu faicədən şou düzəltməyək. Bir ananın həyatı çox acınacaqlı vəziyyətdədir. İlhamə Quliyeva bu haqda danışanları, fikir bildirənləri, yazanları təhqir etməklə, məhkəmə və həbsxana ilə hədələməklə diqqəti əsas mövzudan yayındırmaq istəyir. Onun məqsədi köməkçisinin son məktubundakı ittihamları ört basdır etməkdir. Gəlin, buna yol verməyək. Üzünüzü hüquq-mühafizə orqanlarına tutun, mikrofon və diktofonlarınızı onlara uzadın. Əziz jurnalistlər, haqq-ədalət, insanlıq yolunda bu məsələ ətrafında birgə olmağınızı rica edirəm”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024