Gündəm (23-02-2016, 14:21)
Parlamentdə gərgin müzakirə
Milli Məclisdə büdcə müzakirələri davam edir
Mediatv.az xəbər verir ki, iclasda çıxış edən deputat Vahid Əhmədov bildirib ki, 2016-cı ildə ölkənin inkişafı üçün əsasən tez gəlir gətirən və işlə təminat üçün önəmli sahələrə, kənd təsərrüfatı sahəsinin və kiçik və orta sahibkarlığın inkişafına diqqət artılmalıdır.
Millət vəkilinin sözlərinə görə, növbəti devalvasiyanın baş verməməsi üçün bu sahələr inkişaf etdirilməlidir: “Düşünürəm ki, kənd təsərrüfatı üçün ayrılan vəsait azdır. Ölkədə regionların suvarma sistemində ciddi problemlər qalır. Bu məsələləri nəzərə almaq lazımdır”.
V.Əhmədov daha sonra ipoteka ilə bağlı çıxış edib. Deputat qeyd edib ki, prezident ipoteka üçün 200 mln. manat vəsait ayırıb. Hökumət bu barədə düşünməlidir.
Deputat Əli Məsimli 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri qiymətləndirib. "Büdcə elə qurulub ki, bu, struktuk dəyişikliyə yardım edə bilər. 18,5 mlrd. manat az məbləğ deyil".
Millət vəkili, həmçinin qeyd edib ki, Mərkəzi Bank inflyasiyanı səngitmək üçün sərt pul-kredit siyasəti həyata keçirir ki, bu da gələcəkdə qeyri-neft sektorunun inkişafını ləngidə bilər.
"Sərtliyə varılması neftdənkənar sahələrin boğulmasına gətirib çıxara bilər. İxrac potensialının neftdənkənar sahələr hesabına artırılması istiqamətində addımları poza bilər. Nazirlər Kabinetini əlaqələndirmə funksiyalarını yerinə yetirməyə çağırıram. Sərt pul siyasəti islahatları ləngidə bilər", - deyə Ə.Məsimli vurğulayıb.
Deputat Musa Quliyev ölkəyə idxal edilən dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsindən söz açıb "Bir tərəfdən dərmanların qiymətlərini tənzimlənməyirik, digər tərəfdən ölkəyə gətirilən dərmanların üzrədində olan ƏDV vətəndaşlardan çıxır. Sahibkarlar həmin dərmanları gətirərkən uduzmurlar. Çünki, onların ödədiyi əlavə dəyər vergisini vətəndaşların ciblərindən çıxırlar. Hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir”.
Milli Məclisin üzvü Fazil Mustafa isə bildirib ki, ölkədə kölgə iqtisadiyyatı ilə bağlı ciddi addımlar atılmalıdır. Deputat hesab edir ki, bu hal baş verməsə, Vergilər Nazirliyinin xətti ilə Dövlət büdcəsinə daxilolmalarda artımın əsas yükü əhalinin üzərinə düşəcək:
“İri şirkətlər gəlirlərini gizlədir. Belə bir şəraitdə Vergilər Nazirliyinin xətti ilə Dövlət büdcəsinə daxilolmalarda əsas yük əhalinin üzərinə düşəcək. Ona görə də kölgə iqtisadiyyatını aradan qaldırmaq lazımdır”.
Milət vəkilinin Azərbaycan iqtisadiyyatını primitiv adlandırması, I vitse-spiker Ziyafət Əsgərovun kəskin etirazına səbəb olub: “Bu fikirlərlə razılaşa bilmərəm. 2008-ci ildə Avropada böhran olanda, Azərbaycanda iqtisadi sisteminin dayanıqlığını özünüz gördünüz. Bu, müvəqqəti çətinlikdir. Hazırkı vəziyyət dünyada baş verən proseslərlə əlaqədardır. Azərbaycanda iqtisadi böhran yoxdur, iqtisadi çətinliklər var. Bu, iqtisadi çətinliklərdən çıxmaq üçün hökumətin konkret konsepsiyası var və aparılan islahatlar nəticəsində bundan qurtulacağıq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024