Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (8-11-2015, 09:23)
Bu gün metropoliten işçilərinin peşə bayramıdır

Metropoliten işçilərinin peşə bayramıdır

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Mediatv.az xəbər verir ki, qapılarını 1967-ci ilin noyabrında sərnişinlərin üzünə açan Bakı metrosu ötən 48 ildə böyük inkişaf yolu keçib. 
İlk metro qatarının hərəkətə başlaması Bakının tarixinə əlamətdar gün kimi daxil oldu. Çox keçmədi ki, metro və onun memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin rəmzləri sırasında layiqli yerini aldı. Həmçinin paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı polad magistral rahat ictimai nəqliyyat vasitəsinə çevrildi.
Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci ildə başlanan müharibə bu planın həyata keçirilməsinə mane oldu. Müharibə qurtardıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin 12,1 kilometrlik xəttinin inşasına başlanıldı. Bir müddət sonra dayandırılan tikinti işləri yalnız 1960-cı ildə bərpa olundu. Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı Metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan birinci növbəsi istifadəyə verildi.
Bakı metrosunun sonrakı inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1970-ci il aprelin 17-də metronun altıncı stansiyası açıldı. Bundan cəmi iki il sonra, 1972-ci il noyabrın 6-da Bakı Metropoliteninin daha üç stansiyası - “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyaları işə salındı. Sonrakı illərdə metropolitenin xəritəsinə daha 10 stansiya - “Nizami”, “Bakmil”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, “Xalqlar dostluğu”, “Əhmədli”, “Cəfər Cabbarlı” və “Həzi Aslanov” stansiyaları əlavə olundu. Bu gün Bakı Metropoliteninin 23 stansiyası fəaliyyət göstərir.
Dövlət başçısı İlham Əliyev metropolitenin inkişafına, əhatə dairəsinin genişləndirilməsinə böyük diqqət yetirir. “İçərişəhər”, “Koroğlu”, “28 May” stansiyaları yenidən qurulub. Bu gün paytaxtımızda metro tikintisi geniş vüsət alıb. 2016-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan “Avtovağzal” və “M.Əcəmi-2” stansiyalarında artıq son tamamlama işləri görülür.
Paytaxtımızın metrosunu qarşıda daha böyük perspektivlər gözləyir. “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə əsasən 2030-cu ilədək metro xətlərinin sayı beşə, ümumi uzunluğu isə 119 kilometrə çatdırılacaq. Həmin müddətdə 53 yeni stansiya və 84,3 kilometr metro xətləri inşa olunacaq.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024