Gündəm (28-10-2015, 10:52)
“Olimpik” otel Etibar Əliyevə qaytarılır
"Bank Technique" ASC-nin rebrendiqdən əvvəl Müşahidə Şurasının sədri olan Etibar Əliyevinyenidən bankın rəhbərliyinə qaytarılmasından sonra ona məxsus “Olimpik” otelin də geri qaytarılmasına qərar verilib.
Mediatv.az xəbər verir ki, bu barədə Moderator.az-ı bilgili mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, E.Əliyevin MTN tərəfindən saxlanılmasından sonra bankirə məxsus bəzi obyektlər kimi “Olimpik” otelə də əsassız olaraq əl qoyuldu ki, bu da xüsusi mülkiyyətən toxunulmazlığı ilə bağlı konstitusiya tələbinin aşkar şəkildə pozulması demək idi. Lakin MTN-dəki son olaylardan sonra ölkə başçısının E.Əliyevə yenidən etimad göstərməsi onun əlindən alınan digər obyektlər kimi “Olimpik” otelin də əsl sahibinə qaytarılması məsələsini aktuallaşdırıb.
Mənbənin məlumatına görə, dəyəri milyonlarla ölçülən otelin E.Əliyevə qaytarılması ilə bağlı ən ali səviyyədə qərar mövcuddur və yaxın günlərdə bu qərarın icrası ilə bağlı konkret addımlar atılacaq.