Gündəm (6-12-2022, 12:51)
Sosial şəbəkələr niyə Azərbaycanda ofis açmır? - Qazancdan imtina, yoxsa…
Sosial şəbəkələrdə təhqirlərin qarşısının alınması üçün Azərbaycanda onların nümayəndəliklərinin açılması təklif olunur.
Rəsmi ofislərin açılması ilə məsələnin həllini tapacağı bildirilir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkələrdə təhqir, böhtanla bağlı qanunvericilikdə yetərincə müddəaların olduğunu deyib. Həmçinin, mövzu ilə bağlı əlavə edib ki, ofislərin açılması üçün "böyük pullar" tələb olunur.
Cebhe.info-ya açıqlamasında millət vəkili Tahir Kərimli qeyd edib ki, Türkiyədə bu yaxınlarda sosial şəbəkələrlə bağlı mütləq səs çoxluğu ilə qanun qəbul olundu:
"Baxmayaraq ki, bəzi insan hüquqları mudafiəçiləri buna etiraz edirdilər. O zaman da mən bildirmişdim ki, bunun Azərbaycanda tətbiqinə ehtiyac var. Bilirsiniz, Türkiyənin coğrafiyası bir qədər genişdir. Böyuk ərazisi, 85 milyondan çox əhalisi var. Bunu əhatə eləmək vacibdir. Amma inanmıram ki, Azərbaycan üçun həddindən çox vəsait tələb oluna bilər".
Deputat qeyd edib ki, Azərbaycanın kifayət qədər ehtiyat vəsaiti var, tələb olunan məsrəfin öhdəsindən gələ bilər:
"Deyim ki, bu, həm də zəruridir. Həqiqətən də sosial şəbəkələrdə ictimai xadimlərin, deputatların açıq təhqir olunması baş alıb gedir və bunun qarşısını almaq çox çətindir. Çunki hələ dünyanın özündə müəyyən edə bilməyiblər ki, sosial şəbəkələr media sayılsın, yoxsa yox?! Elə adını sosial media və s. qoyurlar. Ona görə hesab edirəm ki, bu cür şirkətlərin Azərbaycana dəvət edilməsi vacibdir. Osman Gündüzə hörmətim var, mütəxəssisdir, ehtiyat edir ki, çox xərc çıxa bilər. Azərbaycan hökuməti bu xərcin öhdəsindən gələ bilər. Azərbaycanda buna dair qanunun qəbul olunması da zəruridir. Dostlarla söhbətdə də deyirik ki, bunun başqa yolu yoxdur, Türkiyə təcrübəsindən istifadə edək. Çunki sosial şəbəkələr getdikcə daha çox nəzarətsiz və cəzasız hala düşür. Dəqiq deyə bilmərəm, mütəxəssis deyiləm, sosial şəbəkələrin ofislərinin Azərbaycanda açılmasi nə qədər pul tutar, amma düşünürəm ki, buna maddi imkan çatar və buna getmək lazımdır".
İKT mütəxəssisi Elvin Abbasov isə bildirib ki, sözügeden məsələnin həllində heç bir vəsaitdən söhbət gedə bilməz:
"Sosial şəbəkələrin Azərbaycanda nümayəndəliklərinin açılması üçün hansı böyük vəsaitdən söhbət gedə bilər?! Burada nə kimi maddi problem görürlər? Burada tamam başqa çalarlar var. Ümumiyyətlə, sosial şəbəkələrin Azərbaycanda ofislərinin açılması, yəni rəsmi olaraq ölkəmizdə özlərini təqdim etmələri deyəndə bilmək lazımdır ki, hansı tipdə ofis açacaqlar. Müxtəlif ofislər açıla bilər. Texniki, hüquqi, satış ofisləri, qazanc məqsədilə girdikləri ofislər... Məsələn, “Mikrosoft” sırf qazanc məqsədilə illərlə Azərbaycanda oturmuşdu, lisenziyalar satmaq məqsədi güdürdü. Sosial şəbəkələrin Azərbaycanda ofislərinin açılmasının dərin motivləri var. Onlar Azərbaycanda rəsmi ofislərini açan zaman ölkənin qanunvericiliyi ilə hesablaşmaq məcburiyyətindədir. Yəni bu, o deməkdir ki, hər hansı insident baş versə biz ofisə müraciət edib, sorğu göndərə bilərik".
Ekspert deyib ki, rəsmi ofislər fəaliyyət göstərsə, iş planında, servis xidmətlərində qanunları nəzərə almağa məcburdur:
"Sosial şəbəkələrin ölkələrdə ofislər açması deyəndə hansı tip ofis açmaqları məsələsi çox önəmlidir. Azərbaycanda sosial şəbəkələr vasitəsilə milyonlar çıxır. Bütun tanınmış şəxslər, şirkətlər məhsullarını reklam eləmək üçün milyonlar xərcləyirlər. Ölkə buradan vergi və ya başqa yolla divident tuta bilmir. Bu, o deməkdir ki, əgər biz hüquqi müstəvidə sosial şəbəkələrin ofisləri ilə birgə işləsək, bu zaman vergidən qazanc əldə edəcəyik. Şirkətlərin ofislərini buna məcbur eləmək olmaz. Amma bunun altqatına baxmaq lazımdır, bu, onlara bu sərf edəcəkmi?"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024