Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (22-08-2022, 21:26)
Böyük Britaniyanın yeni baş nazirinin adı bu tarixdə açıqlanacaq

 Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq.

Mediatv.az xəbər verir ki, bu barədə Endryu Stivensonun məktubunda  qeyd edilib.

"Mən təsdiq etməkdən məmnunam ki, nəticələr 5 sentyabr 2022-ci il bazar ertəsi saat 12:30-da Vestminsterin mərkəzi yerlərindən birində elan olunacaq, bütün iştirakçılardan saat 12:15-də yerlərini tutmaları xahiş olunur", - məktubda deyilir.

Müraciət edənlər arasında xarici işlər naziri Liz Truss və keçmiş maliyyə naziri Rişi Sunak da var.

Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın yeni baş nazirinin seçilməsi üçün poçt vasitəsilə səsvermənin başlanması haker hücumu riski səbəbindən təxirə salınıb .

Səsvermə ölkə hökumətinin və silahlı qüvvələrinin informasiya mühafizəsinə cavabdeh olan Britaniya Hökuməti Kommunikasiya Mərkəzinin (GCHQ) hakerlərin səsverməyə müdaxilə edə və onun nəticələrini dəyişdirə biləcəyi xəbərdarlığından sonra təxirə salınıb.

Ölkənin Mühafizəkarlar Partiyası səsvermə zamanı öz seçimini dəyişməyə imkan verən ilkin planları ləğv etmək məcburiyyətində qalıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 05 2024
21 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024