Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-08-2022, 14:54)
Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanı başa düşər" - Bilal Haye

 "Ərazilərinin işğal dövrünü və təcrübəsini yaşamış Azərbaycan Cammu və Kəşmir məsələsində Pakistanı başa düşər".

Mediatv.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ölkəsində qeyd olunan Kəşmirlə Həmrəylik Günü münasibətilə Bakıda keçirilən brifinqdə bildirib.

"Cammu və Kəşmir tarixində faciəvi gün olan avqustun 5-i Pakistan üçün vacib tarixdir. 2019-cu ilin bu tarixində vilayətin sakinləri bir vaxtlar Hindistan Konstitusiyası ilə tanınan və qorunan hüquqlarından məhrum oldular”, - o deyib.

B.Haye vurğulayıb ki, Hindistan Konstitusiyasına edilmiş dəyişikliklərlə Cammu və Kəşmirin muxtariyyət səviyyəsi və qanunlar qəbul etmək hüququ ləğv edilib: “Ərazilərinin kədərli işğal təcrübəsini yaşamış, müharibənin ağır və dəhşətlərini yaxşı bilən Azərbaycan Cammu və Kəşmir məsələsində prinsipial mövqe tutur. Həm Azərbaycan, həm də Pakistan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasını əsas tutur”.

Brifinqdən sonra mətbuat nümayəndələri və digər qonaqlar Cammu və Kəşmir münaqişəsinin tarixindən bəhs edən fotosərgi ilə tanış olublar.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024