Siyasət (16-12-2020, 12:38)
Kəşmirdə növbəti toqquşma - Pakistanın iki əsgəri öldü

Bu barədə Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr Birliyi (ISPR) məlumat yayıb. Qeyd olunub ki, Hindistan əsgərləri Baqsar bölgəsində atəşkəsi pozublar:
“Pakistan ordusu atəşkəs pozuntusuna dərhal cavab verib və Hindistan tərəfinin xeyli itkisi var. Qarşıdurmada 2 Pakistan əsgəri həyatını itirib”.
Qeyd edək ki, 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstəriblər.
Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı müdaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırılıb. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçib. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən, Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil olub.
1971-ci ilin dekabrında yeni Hindistan-Pakistan hərbi münaqişəsindən sonra hər iki dövlət başçısının 30 iyun-3 iyul 1972-ci il tarixlərində Simla görüşündə münaqişəli məsələləri dinc yolla nizama salmaq barədə razılıq əldə edilib. 1972-ci ilin avqustunda Dehlidə baş tutmuş Hindistan-Pakistan danışıqlarına əsasən Kəşmirdə yeni nəzarət xətti müəyyən edilib. Lakin tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
7 07 2025
6 07 2025
6 07 2025