Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-05-2022, 10:12)
Rus ordusu Odessada rus elitasının sevimli mehmanxanasını dağıdıb

 Rusiya ordusu tərəfindən atılmış ən azı bir raket Odessada yerli əhalinin "Rus dünyasının qalası" adlandırdığı "Grande Pettine" otelinə düşüb.Mediatv.az Bizimyol.info-ya istinadla xəbər verir ki, "CNN"in verdiyi məlumata görə, Odessada təxminən 10 il əvvəl rusiyapərəst hərəkat pik həddə çatanda dəniz sahilində yerləşən "Grande Pettine" kompleksində Ukrayna və Rusiyanın qardaşlığına həsr olunmuş konfranslar keçirilirdi. Onlardan biri “Qlobal böhranın çağırışları: Ukrayna və Rusiyanın birliyi” adlanır.

Jurnalistlər onu da qeyd edirlər ki, bu yer Rusiyanın aparıcı tok-şoularını və istirahət üçün bəzi rus siyasətçilərini cəlb edib.

Ötən həftə sonu Rus ordusu tərəfindən atıldığı iddia edilən ən azı bir raketi otel binasına düşüb.

Odessa regional hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib ki, təyyarədən Rusiyanın üç yeni "Kinjal" hipersəs raketləri atılıb və hədəf alınmış "turizm infrastrukturu vurulub".

Bratchuk bildirib ki, raket zərbəsi nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib: “Düşmən mərmilərinin partlaması nəticəsində otel və restoran kompleksinin binaları dağıdılıb və ciddi zədələnib. İctimai infrastruktur obyektinə də ziyan dəyib. Hələlik ölən və ya xəsarət alanlar barədə dəqiq məlumat verilməyib. Raket hücumları zamanı xoşbəxtlikdən kompleksdə insanların olmadığı məlum olub”, - deyə Odessa prokurorluğundan verilən məlumatda bildirilib.

Mətbuatın verdiyi məlumata görə, "Grande Pettine"nin sahibi Regionlar Partiyasından regional şuranın keçmiş deputatı, "Yujnı" bazarının sahibi Sergey Demidovdur.

UNİAN-ın əvvəlcədən xəbər verdiyi kimi, bazar günü, mayın 8-i axşam Rusiya Odessaya üç raket atıb: biri Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, digər ikisi yaşayış məntəqəsinə və istirahət zonasına döşərək dağıntılara səbəb olub. Raketlərin düşdüyü ərazidə yanğınlar baş verdiyi də qeyd edilir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025