Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-05-2022, 11:11)
KİV: "Rusiyanın defolt riski sanksiyalara görə davam edir"

 “Rusiya iki istiqraz üzrə pul ödəyib, lakin sanksiyalar səbəbindən ölkədə defolt riski hələ də qalmaqdadır”.
Bu barədə “Bloomberg” agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, Qərb ölkələrinin tətbiq etdiyi sərt sanksiyalar səbəbindən investorlar gələcək ödənişləri alıb-almayacağını anlaya bilmirlər. Mütəxəssislərin fikrincə, məhdudiyyətlər pul köçürməsini xeyli çətinləşdirib, vəsaitlərin hərəkətini əngəlləyib və bloklayıb.
Fransız konsaltinq firması “EM Conseil”in təsisçisi Elena Deylinin sözlərinə görə, söhbət təkcə borcun ödənilməsi üçün gözlənilən ödənişlərdən deyil, həm də Ukraynadakı hərbi əməliyyatın və həyati əhəmiyyətli idxalın maliyyələşdirilməsinin zəruriliyindən gedir.
İnvestorlara istiqrazlar üzrə ödənişlər edə bilən 9A ABŞ Ümumi Lisenziyası, təxminən 100 milyon dollarlıq kuponların ödəmə müddətindən iki gün əvvəl, mayın 25-də ləğv edilməlidir. Əgər ABŞ Xəzinədarlığı güzəşt müddətini uzadarsa, Rusiya daxilində dollar və digər valyutalar olduğu müddətcə, sanksiyalar tətbiq olunmayan bankları vasitəsilə ödənişləri davam etdirə bilər.
Agentliyin qeyd etdiyi kimi, ABŞ bundan Rusiyanı qənaətlərini xərcləməyə məcbur etmək üçün istifadə edir. Amma hələlik Moskva neft, qaz və digər malların satışı sayəsində kifayət qədər nağd pula malikdir.шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024