Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-04-2022, 16:53)
"Rusiya ilə əvvəlki münasibətlərə qayıdış mümkünsüzdür"

 “Mən əminəm ki, Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti dövründə normal həyata, Moskva ilə əvvəlki status-kvoya qayıdış olmayacaq”.
Mediatv.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 5-də ZDF telekanalına müsahibəsində bildirib.
O etiraz edib ki, Qərb tərəfdən Avropanın təhlükəsizliyinin ümumi arxitekturasına Rusiyanın daxil edilməsi kimi bir çox uğursuz cəhdlər olub. Almaniya Prezidenti Rusiyaya münasibətdə səhv siyasət yürütdüyünü etiraf edib. Frank-Valter Ştaynmayer “Şimal axını-2” təbii qaz kəmərini dəstəkləməsini də bu yanlışlıqlardan sayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik Prezident Frank-Valter Ştaynmayeri Rusiya ilə sıx əlaqə saxlamaqda ittiham edib, bunu “Moskva ilə hörümçək toru təması” adlandırmışdı.
Frank-Valter Ştaynmayer 2005-2009 və 2013-2017-ci illərdə Almaniyanın xarici işlər naziri olub. O, 2017-ci ildən AFR-in prezidentidir. Ştaynmayer nazir olan dövrdə Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarına yerli özünüidarəetmə sahəsində xüsusi statusun verilməsini təklif edirdi. Bu, “Ştaynmayer formulu” adlanırdı.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025