Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-04-2021, 15:30)
İsraildə Azərbaycan səfirliyi açılır?

İsraildə Azərbaycan səfirliyi açılır?
Azərbaycan 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir. Bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan bu il İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi açmaq niyyətindədir. (İsrail-red) xarici işlər naziri Qabi Aşkenazi bu gün videokonfrans rejimində keçirilən iki ölkə arasında ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş İsrail-Azərbaycan müştərək komissiyasının ikinci iclasında İsrail nümayəndə heyətinə başçılıq edirdi.

İclas zamanı Azərbaycan nümayəndə heyətinin başçısı, iqtisadiyyat naziri Mikail Cabbarov bildirdi ki, Azərbaycan bu il İsraildə turizmin inkişafı üzrə rəsmi nümayəndəlik və diplomatik statuslu ticarət nümayəndəliyi açmaq niyyətindədir", - bəyanatda deyilir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Biz dost ölkəyiksə, bu prosesi ləngidə bilmərik. Zənnimcə, hətta bu il də səfirlik açıla bilər.
Əsas məsələ ondan ibarətdir ki, səfirlik Qüdsdə yox, Tel-Əvivdə açılsın. Çünki Qüdslə bağlı BMT-nin qətnamələri var.

Biz nə həmin qətnamənin tələblərini, nə də ərəb dünyası ilə əlaqələri poza bilərik. Dediyim kimi, proseslərin inkişafı onu göstərir ki, İsraildə səfirlik açılacaq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024