Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-04-2021, 12:53)
Muxtar Tayjan: “Vaşinqtonun Ankaraya təzyiq göstərəcək heç nəyi yoxdur”

 “Son həftələrdə Qazaxıstanda əsas mövzunun torpaq məsələsinin (söhbət kənd təsərrüfatı torpaqlarına xüsusi mülkiyyət hüququ əcnəbilərə verilməsindən gedir - red.) müzakirəsi olmasına baxmayaraq, ABŞ prezidenti Co Baydenin “Erməni soyqırımı” ifadəsini istifadə etdiyi bəyanatı diqqətdən kənarda qalmayıb”.
Bu barədə Caliber.Az-a Qazaxıstanın tanınmış ictimai xadimi Muxtar Tayjan bəyan edib.
O bildirib ki, ABŞ-la Türkiyə arasında Ankaranın Rusiyanın S-400 komplekslərini alması və Türkiyənin F-35 beşinci nəsil qırıcı proqramından kənarlaşdırılması da daxil olmaqla bir çox mübahisəli məsələlərin olduğu heç kimə sirr deyil.
“Münasibətlərin kəskinləşməsi çoxdan bəri davam edir, Ankara öz müstəqilliyini göstərir. Bu isə təsadüfi deyil, çünki Türkiyə NATO-da ikinci ən güclü orduya sahibdir. Ancaq ABŞ-dakı erməni diasporunun amilini nəzərə almalıyıq. Onlar ABŞ-ın maliyyə və bank sektorlarında çox güclü mövqeyə sahibdir. Pullar isə o cümlədən seçki kampaniyaları üçün lazımdır. Yəni bu, ABŞ-ın hazırkı rəhbərliyinə ciddi təzyiq rıçaqıdır”, - deyə Muxtar Tayjan əlavə edib.
Eyni zamanda müsahib Qazaxıstanda “erməni soyqırımı” mövzusu hələ də fəal şəkildə müzakirə edilmədiyini, lakin qazax xalqının Türkiyə tərəfini tutduğunu vurğulayıb.
“Qazaxıstanda ABŞ-a çox yaxşı münasibət göstərilir, ancaq türklər azərbaycanlılar kimi bizim qohumlarımızdır. Bu, keçən il Qarabağdakı müharibə zamanı cəmiyyətin reaksiyasından aydın oldu, insanların əksəriyyəti Azərbaycanın tərəfində idi, onunla həmdərd idi”.
Muxtar Tayjan əmindir ki, son hadisələrə baxmayaraq, Vaşinqton Türkiyəni itirməkdə, bu ölkənin NATO-dan çıxmasında maraqlı deyil.
“Ankara Orta Şərqdə, Qara dəniz hövzəsində, Aralıq dənizində əsas rol oynayır, boğazlar amili isə əhəmiyyətlidir”.
Aydındır ki, ABŞ Türkiyəni bəzi addımlar atmağa vadar etmək istəyir, məsələn Rusiya ilə yaxın əməkdaşlıqdan imtinaya. Bu isə S-400 komplekslərinin tədarükündən əlavə həm də “Akkuyu” Atom Stansiyasının tikintisidir. Ancaq Vaşinqton Türkiyənin vacib rolunu başa düşür. Artıq Vaşinqtonun Ankaraya təzyiq göstərəcək xüsusi heç nəyi yoxdur. İqtisadi, hərbi, demoqrafik və geosiyasi baxımdan Türkiyə ABŞ-dan asılı olmayan güclü bir dövlətdir”, - deyə Muxtar Tayjan sözlərini yekunlaşdırıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024