Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-03-2021, 16:52)
“Ordumuz Donbassa hücuma hazırdır” – Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı

“Ordumuz Donbassa hücuma hazırdır”
“Ukrayna ordusunun Donbassa hücumu mümkündür, hərbçilər buna hazırlaşır”.

"Mediatv.az" xəbər verir ki, Ukrayna ordusunun Baş komandanı Ruslan Xomçak "Qordon" nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində belə deyib.

Ukraynanın şərqində döyüş təcrübələrinin olduğunu vurğulayan general əsgərlərin mənəviyyat baxımından da müharibəyə hazırlaşdıqlarını deyib. Bununla belə, o, bütün riskləri ölçüb-biçmək lazım gəldiyinə inanır. Dediyinə görə, bu qiymətləndirməni düzgün aparmaq üçün Ukrayna ordusu daimi təlimlər keçirir və təlimlərdə hücumları əks etdirə bütün ssenarilər saf-çürük edilir.

"Ukrayna Silahlı Qüvvələri bu gün müxtəlif variantlara hazırlaşır və əlbəttə ki, biz hücuma hazırlaşırıq. Biz tədris bazaları yaradırıq, tərəfdaşlar bizə kömək edirlər. Çünki başqa cür olmaz. Soruşsanız ki, biz bu gün hazırıqmı? Bəli, hazırıq", — deyə baş komandan bildirib.

Baş Komandanın dediyinə görə, Donbass əməliyyatının başlamaması, heç də təxmin edildiyi kimi, Prezidentin əmrindən asılı deyil.

"Bu gün problem əmrdə deyil. Sadəcə olaraq, müharibənin nəticələrini, ordunun gücünü, ehtiyatlarını, qabiliyyətini hesablamaq lazımdır. Donetsk çoxmilyonlu şəhərdir, əgər hücuma keçsək, çoxlu sayda mülki əhalinin həlak olma riskləri var. Riskləri qiymətləndirmək lazımdır. Əgər biz bu gün orada olan adamlarla müharibə aparsaq, - əlbəttə, məqsədə çatmaq üçün çox böyük şanslarımız vardır. Lakin biz kimin bizə qarşı olacağını başa düşürük ... Biz bunu 14-cü ildə görmüşük", — deyə o əlavə edib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024