Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-03-2021, 12:10)
Rusiya və NATO Ukraynada üz-üzə gələcək – "Bu iş müharibəsiz olmayacaq"

Rusiya və NATO Ukraynada üz-üzə gələcək
Son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Separatçıların təxribatları nəticəsində atəşkəs intensiv şəkildə pozulur, ölənlərin sayı artır.

Bununla bağlı politoloq Qabil Hüseynli "Mediatv.az"-a açıqlamasında deyib ki, Cənubi Qafqaz bölgəsində yeni müharibənin başlaması ehtimalı böyükdür:

"Donbass onsuz da faktiki olaraq işğal altındadır. Ukraynanın suverenliyi bu əraziyə yayıla bilmir, bəzi seçkilər keçirilir və.s. Bir sözlə, müstəqilliyə yaxın olan atributların hamısını reallaşdarıblar. Ukrayna da bu səbəbdən öz ərazilərinin ilhaq edilməsinə qarşı çıxır. Rusiya indiki halda Ukraynanın bu bölgələrə hücumundan ehtiyat edir. Ona görə də sərhəddə xeyli qoşun toplayıb.

Qərbin isə bu məsələyə reaksiyası mənfidir. Qərb "Normand”, "Minsk” sazişlərinin müddəalarının yerinə yetirilməməsinə görə Rusiyaya çox qəzəblidir. Bu baxımdan ABŞ Ukraynaya öldürücü silahlar verir və həmin ölkənin ordusunu gərgin döyüşlərə hazırlayır. Bu, müharibəsiz baş tutmayacaq. Müharibədə Qərbin dəstəyi mütləq olmalıdır. Rusiyanı bu ərazilərdən çıxarmaq üçün Ukraynaya hərtərəfli yardım göstərmək lazımdır. Müəyyən iradə zəifliyi göstərildiyi təqdirdə, Rusiya daha da qızışacaq, çünki bu ölkə ağılla idarə edilmir. Bu nöqteyi-nəzərdən çox təhlükəli vəziyyət yaranıb”.

Müsahibimiz mövcud vəziyyətin bölgəyə, o cümlədə Azərbaycana təsirindən də söz açıb: "Azərbaycan məzlumların, əzilənlərin yanındadır. İstərdik ki, bu müharibədə Ukrayna Krım da daxil olmaqla, öz ərazi bütövlüyünü təmin etsin. Rusiya əzilərsə və həmin bölgədən ordu çıxarılarsa, əlbəttə, bu, Azərbaycanın strateji maraqlarına uyğundur”.

Politoloq qeyd edib ki, Qərbin yardımları olacaqsa, Ukrayna öz ərazilərini geri qaytara bilər: "Ukrayna öz ordusuna ciddi təlim keçir. Zənnimcə, prosesə təkcə, ABŞ yox, həm də bütövlükdə NATO qarışacaq . Buna görə də Ukrayna lazım olan bütün riskləri gözaltına alıb torpaqlarını azad etməyə çalışacaq”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri,politoloq Elxan Şahinoğlu bildirib ki, gedişat genişmiqyaslı müharibəyə aparır:

"Ukrayna xarici işlər naziri Dmitriy Kuleba beynəlxalq aləmə çağırış edərək, ölkənin şərqində gərginliyi artırmaq istəyən qüvvələri qınamağı xahiş edib. Məsələ burasındadır ki, il başlayandan bu yana Ukraynanın 23 hərbçisi həlak olub. Sonuncu insident zamanı separatçıların açdıqları atəş nəticəsində 4 ukraynalı hərbçi həlak olmuşdu. Separatçılar atəşkəsi özbaşına pozmurlar, onlara əmr verənlər var.

Bu gedişat genişmiqyaslı müharibəyə aparır. Ukrayna prezidenti "Normand dördlüyü”nü (Ukrayna, Fransa, Almaniya və Rusiya) toplaşmağa çağırıb. 4 ölkənin lderi onlayn formatda görüşərək Donbasdakı durumu müzakirə edəcəklər. Ancaq çətin ki, nəticə olsun. Rusiya hakimiyyəti Ukraynanın toparlanmasını və sabitliyini istəmir. Ona görə atəşkəs tez-tez pozulur. Kreml hər yerdə olduğu kimi separatçıların əli ilə qonşu dövlətin ərazi bütövlüyünü şübhə altına alır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024