Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-03-2021, 16:42)
Navalnının həkimlərinin bir-birinin ardınca müəmmalı ölümü - Rusiyada nələr olur?

 Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənmədən sonra çatdırıldığı 1 saylı Omsk Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya və ortopediya şöbəsinin müdiri Rüstəm Aqışev 63 yaşında vəfat edib.

"Mediatv.az" xəbər verir ki, rəsmi məlumatlarda baş həkimin insultdan dünyasını dəyişdiyi bildirilir.

“Azadlıq” radiosunun araşdırmasına görə, Aleksey Navalnının müalicəsi ilə məşğul olan həkimlərin ölümü şübhəlidir. Onlar ya müəmmalı şəkildə ölür, ya da canını qurtarmaq üçün qaçmağa məcbur olur.

“Bəli, Aleksey Navalnı keçən ilin avqust ayında xəstəxanaya huşsuz vəziyyətdə aparılmışdı. Onun müxalifətçi həmkarları hələ də israr edirlər ki, klinikanın rəhbərliyi və işçiləri Navalnı ilə bağlı hadisənin əsl səbəblərini bilirdilər. Lakin FTX-nin əmri ilə ona saxta diaqnoz qoydular və kimyəvi silahdan zəhərlənməsininizlərini gizlətməyə çalışdılar.

Həkim Aqişevin 30 ildir Omsk 1 saylı xəstəxanada çalışdığı bildirilir. Klinikanın rəhbəri Yevgeni Osipov ölümünü bütün tibb ictimaiyyəti üçün yeri doldurula bilməyəcək bir itki adlandırıb. Son illərdə bu, 1 saylı Omsk xəstəxanasının rəhbərliyindəki ilk ölüm halı deyil. Fevral ayının əvvəlində klinikanın baş həkiminin müavini Sergey Maksimişin 55 yaşında vəfat edib. Onun ölümünün rəsmi səbəbi kimi ürək tutması göstərilir.

Bundan əvvəl baş həkimin başqa bir müavini Anatoli Kaliniçenko xəstəxanadan istefa verib. Həkim, özəl klinikada yeni iş yerinə keçməsini "əməliyyatı inzibatçılıqdan daha çox sevməsi" ilə izah etmişdi.

Navalnının Omsk xəstəxanasında olduğu müddətdə Kaliniçenko ona tibbi yardım göstərmək, Almaniyadan gələn həkimlərlə əlaqə qurmaq və müxalifətçinin xəstəxanaya yerləşdirildiyi ilk gündə mətbuatla cavab vermək işlərinə məsul idi.

Sonra jurnalistlərlə əlaqə qurmaq işini baş həkim, “Vahid Rusiya” partiyasının üzvü Aleksandr Muraxovski üzərinə götürdü. Mediaya Navalnının ağır vəziyyətinin səbəbinin metabolik xəstəliklər olduğunu söyləyən də o idi. Bundan əlavə, Muraxovski müxalifətçinin gün ərzində müalicə üçün Berlinə aparılmasına icazə verməyib”, - deyə “Azadlıq” radiosu qeyd edir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024