Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (23-03-2021, 19:20)
"AstraZeneca" ilə bağlı qalmaqal böyüyür: - Şirkətin araşdırması ifşa edildi

"AstraZeneca" ilə bağlı qalmaqal böyüyür:
Avropanın bir çox ölkəsində istifadəsi dayandırılan "AstraZeneca" peyvəndi ilə bağlı qalmaqal davam edir.

"Mediatv.az" xəbər verir ki, Beynəlxalq Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu (NIAID) "AstraZeneca" tərəfindən dünən dərc olunan araşdırmanın köhnə məlumatlara əsasən aparıldığını iddia edib:

"Məlumat və Təhlükəsizlik İzləmə Şurası (DSMB) NIAID, BARDA və "AstraZeneca"ya COVİD-19 peyvəndinin sınaq tədqiqatının ilkin məlumatları əsasında yayımladığı araşdırmadan narahat olduğunu bildirir. Şirkət bu araşdırmaya keçmiş məlumatları əlavə edib.

Oksford şirkətini məlumatları nəzərdən keçirmək, ən dəqiq və yeni araşdırmanın qısa müddətdə ictimaiyyətə açıqlanmasını təmin etmək üçün DSMB ilə işləməyə dəvət edirik".

Qeyd edək ki, şirkətin ötən gün açıqladığı araşdırmada vaksinin simptomatik xəstəlikləri dayandırılmaqda 79 faiz təsirə malik olduğu qeyd edilib.

Eyni zamanda, peyvəndin reanimasiyaya aparılan və ya xəstəliyi ağır keçirən şəxslərə 100 faizlik təsir etdiyi bildirilib.

Həmçinin, araşdırmaya peyvəndin tromboz riskində artım yaratmadığı əlavə edilib. Xatırladaq ki, Azərbaycan da bu peyvənddən 432 000 doza sifariş verib.
шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024