Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-03-2021, 17:37)
"Peyvəndlə bağlı xəbərləri bilə-bilə onu gətirməkdən böyük düşmənçilik ola bilməz” - İnsan həyatı önəmlidir, yoxsa siyasət?

"Peyvəndlə bağlı xəbərləri bilə-bilə onu gətirməkdən böyük düşmənçilik ola bilməz”
"AstraZeneca" şirkəti ikinci rüb üçün Avropa İttifaqı (Aİ) ölkələrinə vaksin tədarükü planını 2,5 dəfə azaldıb. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib. Şirkət həmin dövrdə Aİ-yə 70 milyon doza vaksin tədarük edəcək. Bundan əvvəl 180 milyon doza vaksinin tədarükü nəzərdə tutulurdu.

Göründüyü kimi, adıçəkilən vaksinlə baglı durum ciddiləşməkdədir. Avropanın 25 ölkəsinin vaksindən imtina etməsi fonunda Ümümdünya Səhiyyə Təşkilatı, Böyük Britaniya Səhiyyə Nazirliyi və digər qurumlar peyvəndin keyfiyyətli olmasına dünya ölkələrini inandırmağa cəhd edirlər.

Bu, artıq müəyyən qədər təsirini göstərib. Bəzi ölklər peyvənddən yenidən istifadə olunacağını açıqlayıblar. Bununla belə, narahatlıq qalmaqdadır. Hətta bu narahatlığı azaltmaq üçün bəzi ölkələrdə nazirlər peyvəndi ictimaiyyətin gözü qarşısında vurduracaqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan da “AstraZeneca” peyvəndinin alınması ilə bağlı müqavilə imzalayıb. Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov isə bildirib ki, peyvənd hələ ki, ölkəyə tədarük edilməyib. Amma bununla belə o, Gürcüstanı örnək gətirərək, qonşu ölkədə artıq bu vaksinin istifadə olunduğunu qeyd edib. Ancaq bu gün Gürcüstanda da peyvənd olunan tibb bacısının öldüyü xəbəri yayılıb.

Ortada insanların səhhəti ilə bağlı məsələ olduğu halda həmin müqaviləyə xitam vermək və ya tədarükü müvəqətti olaraq dayandırmaq olarmı? Nəzərə alınsa ki, Azərbaycanda da digər ölkələr kimi peyvəndlə bağlı tərəddüdlər var, bu vaksinin ölkəyə gətirilməsi inamsızlığı daha da artırmazmı?

Azərbaycan Tibb Universitenin dosenti, həkim formokoloq Aydın Əliyev "Mediatv.az"-a açıqlamasında bildirib ki, “AstraZeneca”nın ölkəmizə tədarük olunmayacağını ehtimal edir:

“Yəqin ki, müqaviləni bağlayan dövlət qurumları bu yükün nə qədər ağır olduğunu bilirlər. Ehtimal edək ki, onlar da Azərbaycana keyfiyyətsiz mal gətirməzlər. Bəlkə də əvvəllər hansısa keyfiyyətsiz ərzaq və ya dərman məhsullarının gətirilməsi halları baş verirdi, amma peyvəndlə bağlı bunun baş verəcəyini güman etmirəm. Peyvəndlə bağlı xəbərləri bilə-bilə Azərbaycana keyfiyyətsiz mal gətirilməsindən böyük düşmənçilik ola bilməz”.

Aydın Əliyev ümumiyyətlə, dünyada dərman maddələri ilə bağlı məsələnin siyasiləşməsindən təəssüfləndiyini deyib:

“Artıq sağlamlığımız üçün lazım olan maddələrlə bağlı məsələ siyasiləşib. “AstraZeneca”dan bir çox Avropa ölkələri imtina etsə də, indi İtaliya yenidən bu vaksini istəyir. Qorxulu məqam da budur. Çox təəssüf ki, bu gün dünyanın idarəçiliyi şeytanların əlindədir. İnsanların sağlamlığı ilə bu qədər də oynamaq olarmı?”

Doktor–formokoloq özünün Çin itehsalı olan vaksinlə pevənd olunduğunu qeyd edərək “AstraZeneca”, “Sputnik V” vaksinlərinin ətrafında xarici dövlətlərin cürbəcür oyunlar oynadığını qeyd edib:

“Dünyanı iyrəndirən bu qüvvələr biz – səhiyyə işçilərini də insanlar qarşısında çaş-baş qoyurlar”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024